• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda iftar süfrəsi təşkil edilib

    Masallı rayonunda iftar süfrəsi təşkil edilib


    Masallı rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə iftar süfrələri təşkil edilib.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri, Vətən müharibəsi şəhid ailələri, qaziləri, aztəminatlı ailələr iştirak ediblər.

    İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə minnətdarlıqlarını çatdırıblar.

    Mərasimdəki çıxışında icra başçısı Şahin Məmmədov mübarək iftar süfrəsində iştirak edənləri salamlayaraq bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Masallı rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə şatdırıb. Dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından vurğulayaraq bildirib ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, Şahin Məmmədov xüsusilə qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdirlər.

    Tədbirdə iştirak edənlər Azərbaycanın bugünkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:31 Maliyyə göstəricisi
    2. 20:00 Masallı RİH Başçısı 28.03.2024-cü il tarixdə Böyük Kolatan ərazisinin sakinləri ilə görüşdü
    3. 16:30 Masallıda iftar süfrəsi
    4. 21:18 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:08 Masallı RİH Başçısı 27.03.2024-cü il tarixdə Sərçuvar ərazisinin sakinləri ilə görüşdü
    6. 16:49 Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki ilə əlaqədar
    7. 11:35 Şəhid Sahil Babayevin doğum günü qeyd edilib
    8. 16:47 Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə Prezident İlham Əliyev təbriki etmişdir
    9. 23:30 Novruz Qarabağa xalqımızla qayıtdı
    10. 16:27 "Erkən nikah və onun fəsadları" mövzusunda dəyirmi masa
    11. 16:20 Masallıda ənənəvi Novruz yardımı
    12. 12:14 Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
    13. 12:06 Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır
    14. 23:59 Novruz «təzə il» deməkdir !
    15. 23:00 Bu gün hər iki ölkə birgə səylərlə bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib
    16. 22:30 Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq
    17. 21:00 Novruz bayramı və rəmzləri
    18. 17:04 Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    19. 16:59 Masallıda “Sağlam, sosial və təhlükəsiz mühitin formalaşması” adlı silsilə təlimlər
    20. 16:55 Masallıda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanların medallarının təqdim olunması
    21. 16:30 Novruz-Azərbaycan xalqının milli bayramıdır
    22. 12:30 Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması olub
    23. 11:07 Bakı növbəti dəfə qlobal müzakirələrin platformasına çevirilib
    24. 23:30 Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur
    25. 23:30 Rayon rəhbərinin 15 mart 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    26. 00:33 Novruz bizim ən qədim milli bayramımızdır
    27. 19:01 “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”
    28. 18:58 Masallı rayonunda «Aqrar biznes festivalı» keçirilib
    29. 13:37 Prezident İlham Əliyev Alman İqtisadiyyatını Şərq Komitəsinin Sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
    30. 13:16 Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk
    31. 18:01 Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Masallıda vətəndaşlarla görüşəcək
    32. 14:30 Avropa reallığı dərk etməlidir
    33. 14:13 Ölkələrarası əlaqələrin inkişafına böyük töhfələr verən Azərbaycan
    34. 23:30 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər
    35. 23:30 Prezident İlham Əliyevi Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixail Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
    36. 20:11 Güllütəpə ərazisində ağacəkmə kampaniyası keçirildi
    37. 12:18 Özünü əsgərlərinə sipər edən zabit
    38. 12:54 Ölkəmizdə apardığı islahatlar Azərbaycanı daha da gücləndirir
    39. 12:44 Azərbaycan Prezidentinə yazırlar
    40. 12:40 Qəhrəmanların ömür yolu əbədidir
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ