• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Yolağac kəndində şəhid Raqib Əzizovun anım mərasimi

    Masallının Yolağac kəndində şəhid Raqib Əzizovun anım mərasimi

    Masallının Yolağac kəndində şəhid Raqib Əzizovun anım mərasimi 

    Dekabrın 9-da Masallı rayonunun Yolağac kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Raqib Əzizovun anım mərasimi təşkil edilib.
    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
      
    İcra başçısı cənab Şahin Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. «Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Raqiblər bizə Zəfər Bayramını yaşatdılar. Masallıda bütün şəhid ailələri bir məğrurluq nümayiş etdirdilər. Mən şəhid ailələrinə təşəkkür edirəm. Onlar özlərini əsl vətənpərvər kimi aparırlar. Mən qazilərimizə təşəkkür edirəm. Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı torpaqlarımız 30 il düşmən tapdağı altında qalmazdı. Biz mehriban qonşuluq, mehribançılıq tərəfdarıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Raqib balamızı, bütün şəhidləri rəhmət eləsin»,-deyə Masallı RİH başçısı Şahin Məmmədov nitqində bir daha qeyd etmişdir.
     
    Yeniheyet.az xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
    Sonra mərasim iştirakçıları Yolağac kənd qəbiristanında şəhid gizir Raqib Əzizovun məzarını ziyarət etmişlər.
    Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.
    Çıxışlarda şəhid barədə xatirələr danışılmış, şəhid gizir Raqibin heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.
    Məlumat üçün bildirək ki, Raqib Vidadi oğlu Əzizov 29 avqust 1991-ci ildə Masallı rayonunun Yolağac kəndində dünyaya göz açmışdır. 1997-2008-ci illərdə Yolağac kənd tam orta məktəbində təhsil almışdır.
     
    2009-cu ilin oktyabr ayının 4-də həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirmiş, 2011-ci ilin aprelin 4-nə kimi Hərbi Dəniz Qüvvələrinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. 2012-ci ilin noyabrın 21-dən 2013-cü il aprelin 26-na kimi Silahlı Qüvvələrin Təlim-Tədris məktəbində təhsil almışdır. 2013-cü il aprelin 29-da Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini müxtəlif «N» saylı hərbi hissələrdə davam etdirib, bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində çalışmışdır.
    Azərbaycan Ordusunun giziri Raqib Əzizov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu uğrunda döyüşlərdə düşmənə qarşı vuruşmuş, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
       
    Şəhid gizir Raqib Vidadi oğlu 9 dekabr 2020-ci il tarixdə doğulduğu Yolağac kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.
    Ailəli idi. İki övladı yadigar qalıb.
    Şəhid gizir Raqib Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", «Cəsur döyüşçü» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    2. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    3. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    4. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    5. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    6. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    7. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    9. 15:46 Masallı DAİM-də dəyirmi masa
    10. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    11. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    12. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    13. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    14. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    15. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    16. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    18. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    19. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    20. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    21. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    22. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    23. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    24. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    25. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    26. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    27. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    28. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    29. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    30. 23:30 22 iyul Milli Mətbuat günü
    31. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    32. 23:00 22 iyul Milli Mətbuat Günü 
    33. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    34. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    35. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    36. 11:06 Azərbaycan mətbuatı – 150
    37. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    38. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    39. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    40. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ