Главная > Siyasət > “Böyük Qayıdış” prosesində bərpa-quruculuq işləri sürətlə davam edir.

“Böyük Qayıdış” prosesində bərpa-quruculuq işləri sürətlə davam edir.


30-05-2022, 19:14. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirmişdir ki, “Bu gün "Böyük qayıdış" dediyimiz prosesə start verildi. "Böyük qayıdış"ın birinci kiçik addımı, bax, bu gün atılır”.
Dövlət başçısı bildirib: “Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq”.

İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdışın” təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb.İşğaldan azad olunmuş ərazilərdə inzibati idarəetmə orqanlarının bərpası, nəqliyyat, enerji və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində zəruri işlər görülür. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa şəhərini bərbad hala qoymuşdur. Bütün bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə məskunlaşma, bərpa və inkişaf fəaliyyətlərinin tam sürətlə icra olunmasına imkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik. Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq"


Arif Mehtiyev,
YAP Masallı rayon təşkilatı Bədəlan ərazi partiya təşkilatının sədri





"Yeni həyat"  qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад