• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Böyük Qayıdış” prosesində bərpa-quruculuq işləri sürətlə davam edir.

    “Böyük Qayıdış” prosesində bərpa-quruculuq işləri sürətlə davam edir.


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirmişdir ki, “Bu gün "Böyük qayıdış" dediyimiz prosesə start verildi. "Böyük qayıdış"ın birinci kiçik addımı, bax, bu gün atılır”.
    Dövlət başçısı bildirib: “Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq”.

    İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdışın” təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb.İşğaldan azad olunmuş ərazilərdə inzibati idarəetmə orqanlarının bərpası, nəqliyyat, enerji və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində zəruri işlər görülür. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa şəhərini bərbad hala qoymuşdur. Bütün bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə məskunlaşma, bərpa və inkişaf fəaliyyətlərinin tam sürətlə icra olunmasına imkan verəcəkdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik. Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq"


    Arif Mehtiyev,
    YAP Masallı rayon təşkilatı Bədəlan ərazi partiya təşkilatının sədri





    "Yeni həyat"  qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    2. 12:28 Vətənə xidmətdə keçən ömür
    3. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    10. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    12. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    13. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    14. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    15. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    16. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    17. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    18. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    19. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    20. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    21. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    22. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    23. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    24. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    25. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    26. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    27. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    28. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    29. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    30. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    31. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    32. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    33. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    34. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    35. 11:15 DİQQƏT! DİQQƏT!
    36. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    37. 13:51 Masallı rayonunun 95-ci ili
    38. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    39. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ