Главная > Siyasət > Zəngəzur dəhlizinin ölkəmiz üçün əhəmiyyəti
Zəngəzur dəhlizinin ölkəmiz üçün əhəmiyyəti29-05-2022, 20:25. Разместил: admin44 |
Azərbaycanın 44 günlük şanlı Vətən müharibəsi nəticəsində əldə olunan tarixi zəfərin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı olan prosesdir. Zəngəzur dəhlizinin açılması ölkəmiz ,o cümlədən Cənubi Qafqaz regionunun inkişafı üçün mühüm əhəmiyyətə malikdir.2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan, eyni zamanda regionda yeni reallıqlar yaratdı. Zəngəzur dəhlizinin açılması məsələsi də bu reallıqlardan irəli gəlir.Bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Əvvəla, bu dəhlizin açılması ilə Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Məlumdur ki, dörd il əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu və Azərbaycan bu dəmir yolu vasitəsilə Türkiyə ilə birləşdi. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaqdır. Ölkəmiz üçün yeni fürsətlər ortaya çıxaracaq olan bu dəhliz, Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu vasitəsi ilə birləşdirəcək. Bundan başqa, Azərbaycan tələb edir ki, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində avtomobil yolu da çəkilsin. Çünki Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır. Onu da qeyd etmək lazımdır ki, artıq Azərbaycan Bərdə-Ağdam dəmir yolunun inşasına başlayıb. Bu dəmir yolu Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçasıdır.Azərbaycan bu dəhlizin açılması üçün post-müharibə dövründə əzmlə çalışır və qətiyyət nümayiş etdirir.Türkiyə ilə Zəngəzur dəhlizi vasitəsilə daha qısa əlaqəyə sahib olmağımız Trans-Xəzər Nəqliyyat Dəhlizinin əhəmiyyətini də xeyli artıracaq. Bu dəhliz Avropa və Çin arasında ticarətdə vaxt itkisinin qarşısını almağa şərait yaratmaqla, eyni zamanda tranzit ölkələr üçün də əlavə gəlir mənbəyi funksiyasını daşıyacadır.Zəngəzur dəhlizi digər region ölkələri, Ermənistan, Rusiya və İran üçün də əlavə imkanlar yaradır.Zəngəzur dəhlizinin açılması Ermənistanın Azərbaycan ərazisi vasitəsilə həm Rusiyaya, həm də İrana daha stabil çıxış imkanı əldə edir. Bu şəraitin yaradılması bölgədə ölkələr arasında əlaqələrin intensivləşməsinə və əməkdaşlıq mühitinin yaradılmasına imkan verir. Bunun nəticəsidir ki, müharibədən sonra təklif olunan “3+3” formatında regional əməkdaşlıq platformasının potensialı yüksək qiymətləndirilir. Zəngəzur dəhlizi bu format üçün nüvə rolunu oynayır. Bölgədəki ölkələri coğrafi olaraq birləşdirən bu dəhliz onlar arasında siyasi yaxınlaşma üçün yeni imkan pəncərəsi açır. Aksana Məmmədova, Masallı rayon sakini "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |