• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Zəngəzur dəhlizinin ölkəmiz üçün əhəmiyyəti

    Zəngəzur dəhlizinin ölkəmiz üçün əhəmiyyəti


    Azərbaycanın 44 günlük şanlı Vətən müharibəsi nəticəsində əldə olunan tarixi zəfərin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı olan prosesdir. Zəngəzur dəhlizinin açılması ölkəmiz ,o cümlədən Cənubi Qafqaz regionunun inkişafı üçün mühüm əhəmiyyətə malikdir.2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan, eyni zamanda regionda yeni reallıqlar yaratdı. Zəngəzur dəhlizinin açılması məsələsi də bu reallıqlardan irəli gəlir.Bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Əvvəla, bu dəhlizin açılması ilə Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Məlumdur ki, dörd il əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu və Azərbaycan bu dəmir yolu vasitəsilə Türkiyə ilə birləşdi. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaqdır. Ölkəmiz üçün yeni fürsətlər ortaya çıxaracaq olan bu dəhliz, Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu vasitəsi ilə birləşdirəcək. Bundan başqa, Azərbaycan tələb edir ki, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində avtomobil yolu da çəkilsin. Çünki Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır.

     Onu da qeyd etmək lazımdır ki, artıq Azərbaycan Bərdə-Ağdam dəmir yolunun inşasına başlayıb. Bu dəmir yolu Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçasıdır.Azərbaycan bu dəhlizin açılması üçün post-müharibə dövründə əzmlə çalışır və qətiyyət nümayiş etdirir.Türkiyə ilə Zəngəzur dəhlizi vasitəsilə daha qısa əlaqəyə sahib olmağımız Trans-Xəzər Nəqliyyat Dəhlizinin əhəmiyyətini də xeyli artıracaq. Bu dəhliz Avropa və Çin arasında ticarətdə vaxt itkisinin qarşısını almağa şərait yaratmaqla, eyni zamanda tranzit ölkələr üçün də əlavə gəlir mənbəyi funksiyasını daşıyacadır.Zəngəzur dəhlizi digər region ölkələri, Ermənistan, Rusiya və İran üçün də əlavə imkanlar yaradır.Zəngəzur dəhlizinin açılması Ermənistanın Azərbaycan ərazisi vasitəsilə həm Rusiyaya, həm də İrana daha stabil çıxış imkanı əldə edir. Bu şəraitin yaradılması bölgədə ölkələr arasında əlaqələrin intensivləşməsinə və əməkdaşlıq mühitinin yaradılmasına imkan verir. Bunun nəticəsidir ki, müharibədən sonra təklif olunan “3+3” formatında regional əməkdaşlıq platformasının potensialı yüksək qiymətləndirilir. Zəngəzur dəhlizi bu format üçün nüvə rolunu oynayır. Bölgədəki ölkələri coğrafi olaraq birləşdirən bu dəhliz onlar arasında siyasi yaxınlaşma üçün yeni imkan pəncərəsi açır.


    Aksana Məmmədova,
    Masallı rayon sakini 



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ