Главная > Siyasət > Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi
Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi3-09-2022, 13:23. Разместил: admin44 |
Xalqın, millətin taleyində siyasi liderlərin,dahi şəxsiyyətlərin həmişə müstəsna rolu olmuşdu. 20-ci əsrin sonlarında sovet ittifaqı kimi nəhəng bir dövlətin dağılması ictimai siyasi vəziyyəti ağırlaşdırmışdı.Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi hadisələr Azərbaycanı da mürəkkəb bir vəziyyətə gətirib çıxartmışdı. O cümlədən Ermənistanın əsassız torpaq iddiaları baş qaldırmışdı.Ölkədən təcrid olunmuş blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı.Yaranmış bu boşluqlardan istifadə edən Ermənistan isə siyasi və hərbi təzyiqlərini daha da artırmışdı.Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərmiş,Muxtar Respublikanın ərazi bütövlüyünü hər vasitə ilə qorumağa çalışırdır.Bucür çətin və mürəkkəb vəziyyətdə,böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadimi Ulu Öndərimiz Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana qayıtmış və həmin ilin 3 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və Muxtar Respublikanın Ali Məclisinə Deputat seçilmişdir. Deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamını artırmışdır.Naxçıvan Parlamentinin yeni tərkibdə 1990-cı il noyabırın 17-də keçirilən ilk sessiyası deputatların böyük təkidi nəticəsində Ulu Öndərimiz Heydər Əliyevin sədirliyi ilə öz işinə başlamışdır.Ümumilikdə gündəliyə çıxarılan məsələlər Azərbaycanın müstəqilliyinə və suverenliyin hesablanmışdır. Təsadüfi deyil ki,Azərbaycan Prezidenti Cənab İlham Əliyev həmin dövürdə Naxçıvan Muxtar Respublikası Ali məclisin qəbul etdiyi qərarlarının tarixi əhəmiyyətinnən danışarkən belə demişdir: “O illərdə nəinki Naxçıvan üçün ,Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir.”O vaxt Naxçıvanın adı dəyişdirildi.Ulu Öndərin təklifi ilə “Sovet Sosyalist” sözləri Muxtar Respublikanın adından çıxarılmışdır.Naxçıvanda ilk dəfə 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir.Sonrakı dövürlərdə Naxçıvanda Ulu Öndərimiz Heydər Əliyevin sayəsində qəbul edilmiş tarixi qərarlarla sovet qoşunlarına məxsus hərbi texnika və silahlar Muxtar Respublikada saxlanılmışdır.Və Muxtar Respublikada ilk milli ordu birləşmələri yaradılmış.Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmışdır.Bugünki qüdrətli Azərbaycan ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.Mühüm geostarteji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsirlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövürə təsadüf etmişdir. Görkəmli Dövlət xadiminin 1991-ci il sentyabırın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyası əhəmiyyətə malik olan tarixi bir hadisədir. Ümummilli lider Heydər Əliyevin Ali Məclisin sədri kimi vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiyə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir.Bu qərar Naxçıvanın müdafiyəsinin gücləndirilməsinin istiqamətində atılan ilk addım oldu. Həmin illərdə hakimiyyətdə olan səriştəsiz ,bacarıqsız təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində Respublikada gərgin ictimai-siyasi vəziyyət yarandı.Silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı,siyasi böhran bütün ölkəni öz cəngina aldı.Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qaldı.Vəziyyətin gettikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu.Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi.Onun nicatı uğrunda siyasi mücadələyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla ölkəni xaosdan,parçalanmaqdan xilas etti.Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı.Hüquqi-Demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Aidə Şıxəliyeva, Masallı Rayon Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəbinin İnformatika müəllimi. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |