• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi

    Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi

    Xalqın, millətin taleyində siyasi liderlərin,dahi şəxsiyyətlərin həmişə müstəsna rolu olmuşdu. 20-ci əsrin sonlarında sovet ittifaqı kimi nəhəng bir dövlətin dağılması ictimai siyasi vəziyyəti ağırlaşdırmışdı.Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi hadisələr Azərbaycanı da mürəkkəb bir vəziyyətə gətirib çıxartmışdı. O cümlədən Ermənistanın əsassız torpaq iddiaları baş qaldırmışdı.Ölkədən təcrid olunmuş blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı.Yaranmış bu boşluqlardan istifadə edən Ermənistan isə siyasi və hərbi təzyiqlərini daha da artırmışdı.Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərmiş,Muxtar Respublikanın ərazi bütövlüyünü hər vasitə ilə qorumağa çalışırdır.Bucür çətin və mürəkkəb vəziyyətdə,böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadimi  Ulu Öndərimiz Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana qayıtmış və həmin ilin 3 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və Muxtar Respublikanın Ali Məclisinə Deputat seçilmişdir. Deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamını artırmışdır.Naxçıvan Parlamentinin yeni tərkibdə 1990-cı il noyabırın 17-də keçirilən ilk sessiyası deputatların böyük təkidi nəticəsində Ulu Öndərimiz Heydər Əliyevin sədirliyi ilə öz işinə başlamışdır.Ümumilikdə gündəliyə çıxarılan məsələlər Azərbaycanın müstəqilliyinə və suverenliyin hesablanmışdır.

    Təsadüfi deyil ki,Azərbaycan Prezidenti Cənab İlham Əliyev həmin dövürdə Naxçıvan Muxtar Respublikası  Ali məclisin qəbul etdiyi qərarlarının tarixi əhəmiyyətinnən danışarkən belə demişdir: “O illərdə nəinki Naxçıvan üçün ,Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir.”O vaxt Naxçıvanın adı dəyişdirildi.Ulu Öndərin təklifi ilə  “Sovet Sosyalist” sözləri Muxtar Respublikanın adından çıxarılmışdır.Naxçıvanda ilk dəfə 1990-cı illərdə Azərbaycan Xalq   Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir.Sonrakı dövürlərdə Naxçıvanda Ulu Öndərimiz Heydər Əliyevin sayəsində qəbul edilmiş tarixi qərarlarla sovet qoşunlarına məxsus hərbi texnika və silahlar Muxtar Respublikada saxlanılmışdır.Və Muxtar Respublikada ilk milli ordu birləşmələri yaradılmış.Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmışdır.Bugünki qüdrətli Azərbaycan ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.Mühüm geostarteji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsirlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövürə təsadüf etmişdir.
    Görkəmli Dövlət xadiminin 1991-ci il sentyabırın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyası əhəmiyyətə malik olan tarixi bir hadisədir.

    Ümummilli lider Heydər Əliyevin  Ali Məclisin sədri kimi vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət  Müdafiyə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir.Bu qərar Naxçıvanın müdafiyəsinin gücləndirilməsinin istiqamətində atılan ilk addım oldu.

    Həmin illərdə hakimiyyətdə olan səriştəsiz ,bacarıqsız təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində Respublikada gərgin ictimai-siyasi vəziyyət yarandı.Silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı,siyasi böhran bütün ölkəni öz cəngina aldı.Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qaldı.Vəziyyətin gettikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu.Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi.Onun nicatı uğrunda siyasi mücadələyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla ölkəni xaosdan,parçalanmaqdan xilas etti.Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk  olundu.
    Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı.Hüquqi-Demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi.


    Aidə Şıxəliyeva,
    Masallı Rayon Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəbinin İnformatika müəllimi.



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ