• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi

    Ulu Öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi


    Ötən əsrin 80-ci illərinin sonunda etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə həllini tapa tapa biləcəyini inanır, təkidlə respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları və ittifaq rəhbərliyinin baş verənlərə münasibətdə aşkar şəkildə bu ölkənin mövqeyini dəstəkləməsi göstərirdi ki, Azərbaycana qətiyyətli rəhbər lazımdır. Bu rəhbər isə yalnız Heydər Əliyev ola bilərdi.

    Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə daha da genişləndi.
    Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

    Ulu öndər Heydər Əliyevin Naxçıvana qaydışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşmüşdü. Babək rayonunun əməkçiləri ilə görüşdə Heydər Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatliğına namizədliyi irəli sürüldü. Keçirilən seçkilər zamanı Heydər Əliyev həm respublika parlamentinə, həm də Naxçıvana Ali Məclisinə deputat seçildi. Həmin il noyabrın 17-də Naxcıvan Ali Məclisinin birinci sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi il keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırılması qərarlaşdırıldı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözlərinin çıxarılması Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün olmuşdu. Eyni zamanda , həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan , siyası sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi.

    Naxçıvan MSSR-in adından "Sovet Sosialist "sözlərinin çıxarılması , Naxçıvan MR Ali Soveti formatında " Soveti " ifadəsinin "Məclisi " sözünü ilə əvəz edilməsi əslində tam mənası və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən çıxmaq , bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi. Bundan basqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990- cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyasının iclasında sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət Bayrağı Ali məclisə gətirilmişdi. Bütün bunlar yalnız və yalnız Naxcıvan MR Ali Məclisinin sessiyasında sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının , həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirimişdi.




    Məmmədova Ülviyyə Əlihəsən qızı,
    Masallı rayon Böyük Xocavar kənd tam orta məktəbin Dil Ədəbiyyat müəllimi.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:23 İki əsgərin bir masalı...
    2. 17:23 Masallı rayonunda çəltik əkini
    3. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    4. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    5. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    6. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    7. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    8. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    9. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    10. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    11. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    12. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    13. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    14. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    16. 17:04 Ziyalı işığında                                                                              
    17. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    18. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    19. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    20. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    21. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    22. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    23. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    24. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    26. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    27. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    28. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    29. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    30. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    31. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    32. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    34. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    35. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    36. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    37. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    38. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    39. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    40. 19:56 Qalıb Azərbaycan Ordusu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ