• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan xalqının qurtuluşu

    Azərbaycan xalqının qurtuluşu


    Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan  1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir.
               
    1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi...
    Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə  ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.

    Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
                 
    Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
                 
    Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
                 
    15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".15 iyun günü təntənə ilə qeyd edilir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
                 
    Tarixi günlər haqqında bilgilərimiz də bizim vətəndaş kimi formalaşmağımızda müstəsna rol oynayır. 15 iyun belə tarixi günlərdəndir. 1993-cü ilin 15 iyunun mahiyyətini hər bir gənc mükəmməl dərk edir. Qurtuluş Günü Azərbaycan dövlətçiliyində müstəsna əhəmiyyəti olan gündür, mahiyyəti 1991-ci ilin 18 oktyabrının mahiyyətini tamamlayan gündür.
                 
    1920-ci ilin 28 aprelində rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi. Azərbaycan dövlət müstəqilliyini itirdi. Ancaq imperiya xalqın mübarizə əzmini ilhaq edə bilmədi, buna gücü çatmazdı. Heç bir qurum, heç bir dövlət min illərlə ölçülən dövlətçilik tarixi olan bir xalqın müstəqillik mübarizəsini məhv edə bilməz. Bütün tarixi boyu azadlıq, müstəqillik mücadiləsi aparan xalq SSRİ adlı bir imperiyanın siyasi təzyiqlərindən, repressiyalarından, sürgünlərindən çəkinmədi, qorxmadı. Xəlil Rza Ulutürkün bir şeiri xalqın mübarizə əzminin ifadəsi oldu:Qolumdakı  zəncirləri Gərək qıram, gərək qıram. 1991-ci il  oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, Xəlil Rza Ulutürkün dediyi ilhaq zənciri qırıldı, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Hakimiyyət hərisliyi, idarəetmə səriştəsizliyi, separatçılıq meyilləri, siyasi ambisiyalar ciddi qarşıdurmalar yaratmışdı və bu qarşıdurmalar dövlətçilik üçün labüd təhlükə yaratmışdı. Lənkəranda dövlət çevrilişi cəhdi, Gəncə qiyamı bunun nəticəsiydi. Xalq bu vəziyyətin nələrlə nəticələnə biləcəyini duyurdu. Ona görə də yeganə çarə kimi ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə tələb etdi. Hələ sovetlər dönəmində də fəaliyyətinin mahiyyəti azərbaycançılıq olan, həmişə millətini düşünən dahi siyasətçi xalqın tələbiylə hakimiyyətə qayıtdı, Azərbaycan dövlətçiliyi xilas edildi - həmin gün Azərbaycan dövlətçiliyinin qurtuluş günü oldu və Qurtuluş Günü kimi tarixləşdi...


         
    Ülvi Rufullayev,
    Masallı rayonu, Binə Xocavar kənd sakini.



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    3. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    4. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    5. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    6. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    7. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    8. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    9. 12:28 Vətənə xidmətdə keçən ömür
    10. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    17. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    19. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    20. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    21. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    22. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    23. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    24. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    25. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    26. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    27. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    28. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    29. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    30. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    31. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    32. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    34. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    35. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    36. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    37. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    38. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    39. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    40. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ