Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbərinin Təzə Alvadı ərazisində 20.12.2022-ci il tarixli səyyar-görüş qəbulu
Masallıda rayon rəhbərinin Təzə Alvadı ərazisində 20.12.2022-ci il tarixli səyyar-görüş qəbulu20-12-2022, 17:52. Разместил: admin44 |
20 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Təzə Alvadı kəndində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir. İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Vəli Muxtarov 16 avqust 2022-ci il tarixdə Təzə Alvadı kəndi ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir. Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Yusubov Yavər Nüsrət oğlu, Həmidov Həsən Habil oğlu, Məmmədov Rafiq Davud oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu, Kərimov Allahşükür Soltan oğlu, Məlikov Fikrət Məhəmməd oğlu, Nemətov Ədalət Əlövsət oğlu, Allahverdiyev Hikmət Ağaverdi oğlu və başqaları Təzə Alvadı kəndində yeni məhəlləyə qaz xəttinin çəkilməsi, Əhmədli kəndində Vətən müharibəsi qazisinin yaşadığı evə qaz xəttinin çəkilməsi, Təzə Alvadı kəndinin mərkəzi yolunun asfalt olunması, Meşəkənarı kəndində internetin çox zəif olması, köhnə magistiral Ələt-Astara avtomobil yolunun Təzə Alvadı kəndi hissəsindən keçən piyada yolunun işıqlandırılması, Əhmədli kənd orta məktəbinin tam orta məktəbə çevrilməsi, idman meydançası yaradılması, pensiya qrupunun dəyişməsi, Masallı rayon xəstəxanasında şəkər xəstələrinə verilən dərman preparatlarının vaxtlı-vaxtında verilməməsi və həmin dərmanların xəstələrin yaşadığı kənd və qəsəbələrində, həkim məntəqələrində paylanmasının təşkil olunmaması, kəndi ərazisində elektrik təsərrüfatının SİP kabelləşmənin davam etdirilməsi, bələdiyyə hesabında olan kəndara yolların təmiri və digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıq bildirmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |