• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda rayon rəhbərinin Təzə Alvadı ərazisində 20.12.2022-ci il tarixli səyyar-görüş qəbulu

    Masallıda rayon rəhbərinin Təzə Alvadı ərazisində 20.12.2022-ci il tarixli səyyar-görüş qəbulu


    20 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Təzə Alvadı kəndində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

    Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.

    İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Vəli Muxtarov 16 avqust 2022-ci il tarixdə Təzə Alvadı kəndi ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir.

    Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Yusubov Yavər Nüsrət oğlu, Həmidov Həsən Habil oğlu, Məmmədov Rafiq Davud oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu, Kərimov Allahşükür Soltan oğlu, Məlikov Fikrət Məhəmməd oğlu, Nemətov Ədalət Əlövsət oğlu, Allahverdiyev Hikmət Ağaverdi oğlu və başqaları Təzə Alvadı kəndində yeni məhəlləyə qaz xəttinin çəkilməsi, Əhmədli kəndində Vətən müharibəsi qazisinin yaşadığı evə qaz xəttinin çəkilməsi, Təzə Alvadı kəndinin mərkəzi yolunun asfalt olunması, Meşəkənarı kəndində internetin çox zəif olması, köhnə magistiral Ələt-Astara avtomobil yolunun Təzə Alvadı kəndi hissəsindən keçən piyada yolunun işıqlandırılması, Əhmədli kənd orta məktəbinin tam orta məktəbə çevrilməsi, idman meydançası yaradılması, pensiya qrupunun dəyişməsi, Masallı rayon xəstəxanasında şəkər xəstələrinə verilən dərman preparatlarının vaxtlı-vaxtında verilməməsi və həmin dərmanların xəstələrin yaşadığı kənd və qəsəbələrində, həkim məntəqələrində paylanmasının təşkil olunmaması, kəndi ərazisində elektrik təsərrüfatının SİP kabelləşmənin davam etdirilməsi, bələdiyyə hesabında olan kəndara yolların təmiri və digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıq bildirmişlər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.







    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Masallıda Qurban bayramı - 2025
    2. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    3. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    4. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    5. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    7. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    8. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    9. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    10. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    11. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    12. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    13. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    14. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    15. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    16. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    17. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    18. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    19. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    20. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    21. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    22. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    23. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    24. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    25. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    28. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    29. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    30. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    31. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    32. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    33. 07:45 Bir ağacda beş cür meyvə...
    34. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    35. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    36. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    37. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    38. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    39. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    40. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ