Главная > Siyasət / Manşet > Masallının ağsaqqal və ziyalıları ilə görüş
Masallının ağsaqqal və ziyalıları ilə görüş23-12-2022, 23:30. Разместил: admin44 |
23 dekabr 2022-ci il tarixdə Masallı şəhər "İlqar Plaza" şadlıq sarayının geniş zalında rayonda tanınmış iş adamları, elm, təhsil, mədəniyyət, səhiyyə, din və digər sahələrdə çalışan masallılarla işgüzar görüş keçirilmişdir. İşgüzar görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatının kollektivi, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Musa Qasımlı, Razi Nurullayev, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, RİH başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, jurnalistlər iştirak ediblər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov geniş nitqində Masallıda və Masallıdan kənarda yaşayıb çalışan tanınmış şəxsləri salamlayaraq, 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. Rayon rəhbəri təyin olunduğu beş ay müddətində ölkə rəhbərinin tapşırığına əsasən Masallının sosial-iqtisadi, ictimai-mədəni inkişafının perspektivləri barədə geniş məlumat verib, həmçinin sosial problemlərdən danışıb. Sonra çıxış edən "Masallı ziyalıları" İctimai Birliyinin sədri, "Tərəqqi" medallı Qardaş Fətullayev, iş adamı Əhmədağa Rəhimov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və "Gözəl Yaşam" Mərkəzinin təsisçisi Arzu Bağırova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Milli Məclisin deputatları - Professor Anar İsgəndərov, Musa Qasımlı, Məşhur Məmmədov, Razi Nurullayev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Hacı İldırım Allahyarov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Rauf Cəbiyev və başqaları Masallıda, onun şəhər, kənd,və qəsəbələrində görülən geniş abadlıq-quruculuq işlərindən danışmış, təkliflərini vermişlər. Görüşdə rayonun sosial-iqtisadi inkişafına nail olmaq, sahibkarların dəstəyilə yeni iş yerlərinin yaradılması, kənd icmaları üçün həvəsləndirici tədbirlərin görülməsi, rayonun prespektiv imkanlarından səmərəli istifadə edilməsi, rayon gənclərinin inkişafının dəstəklənməsi, yerli və xarici investorların rayona cəlb edilməsi və digər vacib mövzularda müzakirələr aparılıb. Tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər istiqamətində geniş müzakirələrdən sonra, qeyd olunmuş məsələlərin icrasına başlanılması tövsiyə olunub. Rayon icra hakimiyyəti tərəfindən mövzu ətrafında görüşlərin davamlı olması nəzərdə tutulub. Masallı rayonunun ictimai-siyasi, sosial-iqtisadi orqanı olan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, rayonun ictimai - siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Masallı RİHB-nin Fəxri fərmanları təqdim olunub. Həzin musiqi sədaları işgüzar tədbirə bir yaraşıq vermişdir. Musiqi nömrələrini pianoda Beynəlxalq Musiqi Müsabiqəsinin gənc qalibi — masalılı Mehdi Rzayev ifa edib. Sonda Araz Əhmədov tədbir iştirakçılarını və bütün Masalıları qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, hər kəsə ayr-ayrılıqda öz fəaliyyətində uğurlar arzulayıb. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |