• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının ağsaqqal və ziyalıları ilə görüş

    Masallının ağsaqqal və ziyalıları ilə görüş


    23 dekabr 2022-ci il tarixdə Masallı şəhər "İlqar Plaza" şadlıq sarayının geniş zalında  rayonda tanınmış iş adamları, elm, təhsil, mədəniyyət, səhiyyə, din və digər sahələrdə çalışan masallılarla işgüzar görüş keçirilmişdir.

    İşgüzar görüşdə  Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatının kollektivi, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Musa Qasımlı, Razi Nurullayev, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, RİH başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, jurnalistlər iştirak ediblər.

    Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov geniş nitqində Masallıda və Masallıdan kənarda yaşayıb çalışan tanınmış şəxsləri salamlayaraq, 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

    Rayon rəhbəri təyin olunduğu beş ay müddətində ölkə rəhbərinin tapşırığına əsasən Masallının sosial-iqtisadi, ictimai-mədəni inkişafının perspektivləri barədə geniş məlumat verib, həmçinin sosial problemlərdən danışıb.

    Sonra çıxış edən "Masallı ziyalıları" İctimai Birliyinin sədri, "Tərəqqi" medallı Qardaş Fətullayev, iş adamı Əhmədağa Rəhimov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və "Gözəl Yaşam" Mərkəzinin təsisçisi Arzu Bağırova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Milli Məclisin deputatları - Professor Anar İsgəndərov, Musa Qasımlı, Məşhur Məmmədov, Razi Nurullayev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Hacı İldırım Allahyarov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Rauf Cəbiyev və başqaları Masallıda, onun şəhər, kənd,və qəsəbələrində görülən geniş abadlıq-quruculuq işlərindən danışmış, təkliflərini vermişlər.

     Görüşdə rayonun sosial-iqtisadi inkişafına nail olmaq, sahibkarların dəstəyilə yeni iş yerlərinin yaradılması, kənd icmaları üçün həvəsləndirici tədbirlərin görülməsi, rayonun prespektiv imkanlarından səmərəli istifadə edilməsi, rayon gənclərinin inkişafının dəstəklənməsi, yerli və xarici investorların rayona cəlb edilməsi və digər vacib mövzularda müzakirələr aparılıb.

    Tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər istiqamətində geniş müzakirələrdən sonra, qeyd olunmuş məsələlərin icrasına başlanılması tövsiyə olunub.

    Rayon icra hakimiyyəti tərəfindən mövzu ətrafında görüşlərin davamlı olması nəzərdə tutulub.

    Masallı rayonunun ictimai-siyasi, sosial-iqtisadi orqanı olan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, rayonun ictimai - siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Masallı RİHB-nin Fəxri fərmanları təqdim olunub.

    Həzin musiqi sədaları işgüzar tədbirə bir yaraşıq vermişdir. Musiqi nömrələrini pianoda Beynəlxalq Musiqi Müsabiqəsinin gənc qalibi — masalılı Mehdi Rzayev ifa edib.

     Sonda Araz Əhmədov tədbir iştirakçılarını və bütün Masalıları qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, hər kəsə ayr-ayrılıqda öz fəaliyyətində uğurlar arzulayıb.




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    2. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    3. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    4. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    5. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    6. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    7. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    9. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    10. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    11. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    13. 15:46 Masallı DAİM-də dəyirmi masa
    14. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    15. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    16. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    17. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    18. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    19. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    20. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    22. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    23. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    25. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    26. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    27. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    28. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    29. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    30. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    31. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    32. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    33. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    34. 23:30 22 iyul Milli Mətbuat günü
    35. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    36. 23:00 22 iyul Milli Mətbuat Günü 
    37. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    38. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    39. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    40. 11:06 Azərbaycan mətbuatı – 150
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ