Главная > Siyasət / Manşet > Masallıda 20 yanvar faciəsinin 33-cü ildönmü

Masallıda 20 yanvar faciəsinin 33-cü ildönmü


20-01-2023, 20:22. Разместил: admin44

20 yanvar 2023-cü il tarixdə Masallı rayonunda şəhidlərin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qalıb. Hər yerdə şəhidlərin xatirəsinə böyük etiram ifadə edilib.

Masallı şəhər “Qəhrəmanlar parkı-Şəhidlər abidə kompleksi”ndə 20 yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.

Səhər saatlarından başlayaraq ziyarətə gələn insanları, minlərlə rayon sakinini bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ağsaqqallar, ziyalılar, məktəblilər, Qarabağ müharibəsi veteranları,  ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidlərinin abidəsi önünə təzə-tər qərənfillər düzərək şəhidlərin ruhunu ehtiramla yad ediblər.

Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад