Главная > Təhsil > Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları arasında inşa müsabiqəsi keçirilib

Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları arasında inşa müsabiqəsi keçirilib


29-11-2018, 15:30. Разместил: yeni321

Masallıda Ölkəmizi tanıyaq tur-aksiya iştirakçıları arasında inşa müsabiqəsi keçirilib

Noyabrın 29-da Masallı şəhər Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq“ maarifləndirici tur-aksiyasında iştirak etmiş rayon məktəbliləri arasında “Doğma yurdum Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Şagirdlər inşa yazılarında “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə təəssüratlarını əks etdiriblər.
Müsabiqədə “Dəfinə” məktəb liseyinin X sinif şagirdi Əsgərova Minarə birinci, Mahmudavar kənd tam orta məktəbinin IX sinif şagirdi Qafarova Aytac ikinci, Viləş kənd tam orta məktəbinin X sinif şagirdi Əhmədova Dürbala isə üçüncü yerə layiq görülüb.
40 şagirdin qatıldığı inşa yazı müsabiqəsinin nəticələrinə əsasən ilk üç yeri tutan məktəblilərə Masallı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları təqdim edilib.
Qeyd edək ki, ölkə rəhbərinin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” devizi ilə Masallı məktəbliləri 9-cu maarifləndirici tur-aksiya çərçivəsində 14-17 noyabr 2018-ci il tarixdə Gəncə-Şəmkir-Göygöl rayonlarında olublar.

“Yeni həyat”,
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад