Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları arasında inşa müsabiqəsi keçirilib
- 29-11-2018, 15:30
- Təhsil
- 0
- 1 545

Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları arasında inşa müsabiqəsi keçirilib
Noyabrın 29-da Masallı şəhər Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq“ maarifləndirici tur-aksiyasında iştirak etmiş rayon məktəbliləri arasında “Doğma yurdum Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Şagirdlər inşa yazılarında “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə təəssüratlarını əks etdiriblər.

40 şagirdin qatıldığı inşa yazı müsabiqəsinin nəticələrinə əsasən ilk üç yeri tutan məktəblilərə Masallı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları təqdim edilib.
Qeyd edək ki, ölkə rəhbərinin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” devizi ilə Masallı məktəbliləri 9-cu maarifləndirici tur-aksiya çərçivəsində 14-17 noyabr 2018-ci il tarixdə Gəncə-Şəmkir-Göygöl rayonlarında olublar.
“Yeni həyat”,
www.yeniheyet.az