Главная > Təhsil > Rəsm müsabiqəsinə yekun vurulub
Rəsm müsabiqəsinə yekun vurulub6-12-2017, 14:27. Разместил: yeni321 |
Rəsm müsabiqəsinə yekun vurulub Masallı məktəbliləri arasında “Doğma diyarımı tərənnüm edirəm” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqə uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, eləcə də milli-mənəvi dəyərlərimizin qorunması məqsədi daşıyır. Bu gün – dekabrın 6-da Masallı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində rəsm müsabiqəsinə yekun vurulub. Masallı Rayon Təhsil Şöbəsininin əməkdaşı M.Əzimova vaxtaşırı keçirilən bu cür tədbirlərin şagirdlərdə estetik zövqün formalaşdırdığını, vətəni sevmək hissini yüksəltdiyini söyləyib. Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ə.Axundova iştirakçılara minnətdarlıq bildirib, müsabiqədə fərqlənən dərnək üzvlərinə yeni yaradıcılıq uğurları arzulayıb. Rəsm müsabiqəsinin qalibləri – Sevinc Şükürova, Əsgər Əsgərov, Zeynab Teymurova diplom və kitablarla mükafatlandırılıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |