Rəsm müsabiqəsinə yekun vurulub
- 6-12-2017, 14:27
- Təhsil
- 0
- 1 663

Masallı məktəbliləri arasında “Doğma diyarımı tərənnüm edirəm” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqə uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, eləcə də milli-mənəvi dəyərlərimizin qorunması məqsədi daşıyır.
Bu gün – dekabrın 6-da Masallı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində rəsm müsabiqəsinə yekun vurulub.
Masallı Rayon Təhsil Şöbəsininin əməkdaşı M.Əzimova vaxtaşırı keçirilən bu cür tədbirlərin şagirdlərdə estetik zövqün formalaşdırdığını, vətəni sevmək hissini yüksəltdiyini söyləyib.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ə.Axundova iştirakçılara minnətdarlıq bildirib, müsabiqədə fərqlənən dərnək üzvlərinə yeni yaradıcılıq uğurları arzulayıb.
Rəsm müsabiqəsinin qalibləri – Sevinc Şükürova, Əsgər Əsgərov, Zeynab Teymurova diplom və kitablarla mükafatlandırılıb.
“Yeni həyat”,
www.yeniheyet.az