Главная > Təhsil > Masallıda geniş tərkibdə videkonfrans keçirilib
Masallıda geniş tərkibdə videkonfrans keçirilib12-09-2020, 20:00. Разместил: yeni321 |
Masallıda geniş tərkibdə videkonfrans keçirilib Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə onlayn konfrans keçirilib. Konfransda rayon təhsil müəssisələrinin 2019-2020-ci tədris ilində qazandığı uğurlar müzakirə edilib. Virtual konfransda RİH başçısı Şahin Məmmədov, aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və müavinləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, digər ictimaiyyət nümayəndələri iştirak edib. RİH başçısı Ş.Məmmədov videokonfransda Ümummilli Lider Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» müdik sözlərini xatırladıb Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə olan xüsusi diqqət və qayğısından, təhsil sahəsində aparılan uğurlu islahatlar haqqında bəhs etdi. Bu gün abituriyentlərimizin yüksək nəticə göstərməsinin də bu qayğı və diqqətin nəticəsində əldə olunduğunu vurğulayan rayon rəhbəri əlavə edib ki, hazırda rayon ərazisində bir neçə məktəb, uşaq bağçasının inşası həyata keçirilir, məktəblər əsaslı təmir olunur. Əlbəttə, ölkə təhsilinin uğurlarında Masallının öz payı var. 2019-2020-ci tədris ilihdə Masallı pedaqoqları ötən illərə nisbətən uğurlu nəticələr əldə ediblər. Cari ildə rayonda buraxılış siniflərini 1352 nəfər şagird bitirmişdir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəni diqqət mərkəzində saxlamasını, təhsilə daha çox önəm verdiyini nəzərə çatdıraraq pandemiyaya qədər 30 məktəbdə olduğunu, yeddinci, səkkizinci, doqquzuncu, onuncu və onbirinci sinif şagirdləri ilə dialoq şəklində söhbətlərini qeyd edib: «Mənim üçün təhsil çox önəmlidir. Məktəblərdə şagirdlərin biliyi ilə maraqlandım. Ona görə ki, yaxşı vətəndaş məktəbdə yetişir. Ötən illərə baxanda nəticə yaxşı oldu.» Sonra rayon rəhbəri məktəblər üzrə geniş təhlillər aparıb, cari tədris ilində fərqlənən və ya az nəticələr əldə edən məktəblərdən misallar gətirdi. Videkonfransda 7 nömrəli şəhər tam orta məktəbin direktoru Mənsim Mənsimov, Ərkivan qəsəbə tam orta məktəbinin direktoru Rahib Babayev, Qızılağac kənd 2 nömrəli tam orta məktəbin direktoru İlahə Quliyeva, Hüseynhacılı kənd tam orta məktəbin direktor müavini Rəsul Əmirov, Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin direktoru Şəhla Fətullayeva, Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və başqaları çıxış edərək təhsilin bu günkü problemi və qarşıda duran vəzifələrdən danışmışlar. İcra başçısı cənab Ş.Məmmədov videokonfransda ölkəmizdəki, mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli, 312 nömrəli Qərarından irəli gələn müddəların həyata keçirilməsi və bu qərarın 5.1, 5.2, 5.3-cü bəndlərinə əsasən rayonun ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisəsində tibbi-profilaktik, dezinfeksiya edici və digər qabaqlayıcı tədbirlərin mütamadi davam etdirilməsi, təhsil müəssisələrinə buraxılış rejimini sanitar-epidoloji tədbirlər nəzərə alınmaqla təşkilini təmin edilməsi, ümumtəhsil məktəblərində təhsil alanların sinif otaqlarında sosial məsafənin gözlənilməsi və digər tələblərin yerinə yetirilməsinin vacibliyini bir daha məktəb direktorlarının diqqətinə çatdırmışdır. Bu sahədə işi müsbət olan məktəblərin adı təriflənmiş və mənfi olan 6 məktəb öz işlərini sabah, 13 sentyabr 2020-ci il tarixə kimi başa çatdırmağa vəd etmişlər. Videokonfransada Masallı RİH başçısı Ş.Məmmədov qeyd etmişdir ki, rayonun bütün ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində şəffalıq təmin edilməli, neqativ hallara yol verilməməlidir. İcra başçısı yeni tədris ilinin başlanması münasibəti ilə müəllimləri və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar arzulamışdır. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |