• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda geniş tərkibdə videkonfrans keçirilib

    Masallıda geniş tərkibdə videkonfrans keçirilib

    Masallıda geniş tərkibdə videkonfrans keçirilib 

    Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə onlayn konfrans keçirilib. Konfransda rayon təhsil müəssisələrinin 2019-2020-ci tədris ilində qazandığı uğurlar müzakirə edilib.
    Virtual konfransda RİH başçısı Şahin Məmmədov, aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və müavinləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, digər ictimaiyyət nümayəndələri iştirak edib.
    RİH başçısı Ş.Məmmədov videokonfransda Ümummilli Lider Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» müdik sözlərini xatırladıb Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə olan xüsusi diqqət və qayğısından, təhsil sahəsində aparılan uğurlu islahatlar haqqında bəhs etdi. Bu gün abituriyentlərimizin yüksək nəticə göstərməsinin də bu qayğı və diqqətin nəticəsində əldə olunduğunu vurğulayan rayon rəhbəri əlavə edib ki, hazırda rayon ərazisində bir neçə məktəb, uşaq bağçasının inşası həyata keçirilir, məktəblər əsaslı təmir olunur. Əlbəttə, ölkə təhsilinin uğurlarında Masallının öz payı var. 2019-2020-ci tədris ilihdə Masallı pedaqoqları ötən illərə nisbətən uğurlu nəticələr əldə ediblər. Cari ildə rayonda buraxılış siniflərini 1352 nəfər şagird bitirmişdir.
    Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəni diqqət mərkəzində saxlamasını, təhsilə daha çox önəm verdiyini nəzərə çatdıraraq pandemiyaya qədər 30 məktəbdə olduğunu, yeddinci, səkkizinci, doqquzuncu, onuncu və onbirinci sinif şagirdləri ilə dialoq şəklində söhbətlərini qeyd edib: «Mənim üçün təhsil çox önəmlidir. Məktəblərdə şagirdlərin biliyi ilə maraqlandım. Ona görə ki, yaxşı vətəndaş məktəbdə yetişir. Ötən illərə baxanda nəticə yaxşı oldu.»
    Sonra rayon rəhbəri məktəblər üzrə geniş təhlillər aparıb, cari tədris ilində fərqlənən və ya az nəticələr əldə edən məktəblərdən misallar gətirdi.
    Videkonfransda 7 nömrəli şəhər tam orta məktəbin direktoru Mənsim Mənsimov, Ərkivan qəsəbə tam orta məktəbinin direktoru Rahib Babayev, Qızılağac kənd 2 nömrəli tam orta məktəbin direktoru İlahə Quliyeva, Hüseynhacılı kənd tam orta məktəbin direktor müavini Rəsul Əmirov, Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin direktoru Şəhla Fətullayeva, Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və başqaları çıxış edərək təhsilin bu günkü problemi və qarşıda duran vəzifələrdən danışmışlar.
    İcra başçısı cənab Ş.Məmmədov videokonfransda ölkəmizdəki, mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli, 312 nömrəli Qərarından irəli gələn müddəların həyata keçirilməsi və bu qərarın 5.1, 5.2, 5.3-cü bəndlərinə əsasən rayonun ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisəsində tibbi-profilaktik, dezinfeksiya edici və digər qabaqlayıcı tədbirlərin mütamadi davam etdirilməsi, təhsil müəssisələrinə buraxılış rejimini sanitar-epidoloji tədbirlər nəzərə alınmaqla təşkilini təmin edilməsi, ümumtəhsil məktəblərində təhsil alanların sinif otaqlarında sosial məsafənin gözlənilməsi və digər tələblərin yerinə yetirilməsinin vacibliyini bir daha məktəb direktorlarının diqqətinə çatdırmışdır. Bu sahədə işi müsbət olan məktəblərin adı təriflənmiş və mənfi olan 6 məktəb öz işlərini sabah, 13 sentyabr 2020-ci il tarixə kimi başa çatdırmağa vəd etmişlər.
    Videokonfransada Masallı RİH başçısı Ş.Məmmədov qeyd etmişdir ki, rayonun bütün ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində şəffalıq təmin edilməli, neqativ hallara yol verilməməlidir.
    İcra başçısı yeni tədris ilinin başlanması münasibəti ilə müəllimləri və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar arzulamışdır.
     
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    4. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    6. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    7. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    8. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    9. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    10. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    11. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    12. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    13. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    14. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    15. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    16. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    17. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    18. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    19. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    22. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    23. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    24. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    25. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    26. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    27. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    28. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    29. 11:15 DİQQƏT! DİQQƏT!
    30. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    31. 13:51 Masallı rayonunun 95-ci ili
    32. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    33. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    35. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    36. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    37. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    38. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    39. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    40. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ