Главная > Təhsil > Uşaq şəxsiyyətinin formalaşmasında cəza tədbirlərinin təsiri
Uşaq şəxsiyyətinin formalaşmasında cəza tədbirlərinin təsiri18-11-2017, 09:02. Разместил: yeni321 |
Uşaq şəxsiyyətinin formalaşmasında cəza tədbirlərinin təsiri Bizim cəmiyyətdə cəzalandırma hələ də kütləvi vasitə kimi qalmaqdadır. O müxtəlif ağrılara məruz doğmalar və dostlar arasında pis vəziyyətə qalmaq qorxusuna əsaslanır. Bəs cəzalandırmanın belə möhkəm dayaqları necə yaranmışdır? İlk növbədə onun zahiri, yəni ani təsir vasitəsi olmasıdır. Bu yolla müəyyən nəticə əldə olunması üçün vaxt lazım deyil. Uşaq psixologiyasının mürəkkəbliyi buna sövq edir. Dahi alim Albert Eynşteynin sözləri yada düşür: “Nisbilik nəzəriyyəsi” uşaq aləmi yanında mənim üçün uşaq oyuncağıdır!” Elmi-pedaqoji və psixoloji tədqiqatlar göstərir ki, uşağa qarşı müxtəlif cəza tədbirlərinin tətbiqi onun xarakterində və şəxsiyyətində mənfi keyfiyyətlərin formalaşmasına səbəb olur. Onlar başqalarının davranışına nümunə kimi yanaşı, sərbəst hərəkətlərinə daim kənardan müdaxilə olunmasını gözləyirlər. Mötəbər xarici mənbələrin tədqiqatlarına görə mütəmadi cəzalandırma müxtəlif tipli münasibətlərin (valideyn-uşaq) yaranmasına gətirib çıxarır. “Hədəf uşaq” . Belə uşaqlar ya çox passiv ya da fəaldır. Nəticədə onlar ailədə qəzəb obyektinə çevrilirlər. “Böhranlı şərait”. İşin itirilməsi, sevimli adamdan müvəqqəti ayrılıq və başqa hallar ola bilsin kəskin davranışa gətirib çıxarsın. “Atalıq və ya analıq vərdişlərinin olmaması”. Belə valideynlər uşaqlarına hökm etməkdən, onların üstünə qışqırmaqdan və irad tutmaqdan başqa bir şey bacarmırlar. “Savadsız-təhsil görməmiş valideyn”. Belələrinin uşaqlara davranış haqqında uşaq psixologiyasına aid hətta elementar biliyi olmur. “Ev zorakılığı modeli” – bu zorakılığa məruz qalmış və ya zorakılığın nəticələrini gözü ilə görmüş valideynlərin tərbiyə vasitəsidir. “Xarici aləmdən təcrid etmə” modeli ətrafdakı adamlarla normal ünsiyyət yaratmağı bacarmamaqdan və ya belə ünsiyyəti arzu etməməkdən yaranan tərbiyə vasitəsidir. “Ailəvi (nəsilli) adət-ənənələrə əsaslanan (stereotip) modeli”. Bu tərbiyə vasitəsinə əsaslanan valideynlər ondan kənara çıxan uşaqlarını çox ciddi cəzalandırırlar. Güya bu uşaqlar nəsillərinin adını ləkələyirlər. Pedaqoji-psixoloji ədəbiyyatın analizi göstərir ki, valideynlər ailədaxili vəziyyəti normal saxlamaq və guya bu münasibətlərin yaxşı olmasını göstərmək üçün müxtəlif tədbirlərə əl atırlar. Bunlardan isə ən çox itirən uşaq olur. A.S. Spuvakovskaya “Valideynlər necə olmalıdır?” – Valideyn sevgisinin psixologiyasını dərindən düşünülməmiş tərbiyə vasitələri tətbiqinin ailə tiplərini müəyyən etmişdir. “Ailə sanatoriya” tipli tərbiyədə hər cür qəyyumluq və mövcud olmayan təhlükələrə qarşı ən ciddi nəzarət əsas vasitə olur. Belə olan halda uşaqda sinir sisteminin daim gərginliyi sayəsində hissiyata qapılma və əsəbilik yaranır. Nəticədə uşağın beynində valideynlərə qarşı etiraz hissi güclənir və o, mövcud vəziyyəti dəyişməyə çalışır. “Ailə -qala” tipli tərbiyə zamanı valideynlər nəsillikcə tərbiyə prinsiplərinə tam dəqiqliyi ilə əməl etməyi borc kimi bilirlər. Bu, uşağın həddindən artıq özünə (davranışına) fikir verməsinə səbəb olur. Onun şəxsiyyət kimi formalaşmasına ciddi maneçilik törədir. “Ailə-qala” sistemi uşağı fəallıqdan uzaqlaşdırır, onun təşəbbüskarlığını boğur. Nəticədə belə uşaqlar ən çox psixi pozuntulara məruz qalırlar. “Ailə – üçüncü artıqdır” tərbiyə sistemində valideynlər öz metodlarını əsas sayır və digərinin onun işlərinə qarışmasını istəmir. Beləliklə, uşaq sanki iki yol arasında qalır, hansı səmtin düz olmasını təyin etməkdə çətinlik çəkir. Əlbəttə, valideynlər övladlarının tərbiyəsinə biganə qalmamalı, birlikdə onun ahəngdar inkişafına nail olmalıdırlar. Rəvvaq QURBANOV, R.Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin psixoloqu. Вернуться назад |