YENİ ŞEİRLƏR
- 30-12-2023, 16:49
- Maraqlı
- 0
- 111
Qələbə bayramı
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
Heyran oldum qızıl gülün ətrinə,
Qoy dəyməsin bənövşənin xətrinə,
Şəhidlərin məzarının üstünə
Ağlar gözlü qərənfilim düzülsün.
Yaşa, yaşa şanlı Azərbaycanım!
Xatırlansın bu gün bütün şəhidlər
Zəfər caldı mərd-mərdanə igidlər
Otuz ildə qırılmadı ümidlər
Yaşa, yaşa şanlı Azərbaycanım!
Rəhbərimin xalq çiynində dayandı,
Yumruq tək birləşib millət oyandı
Qarabağda Qələbəni qazandı,
Yaşa, yaşa şanlı Azərbaycanım!
Kamil BABAYEV,
Viləş kənd tam orta məktəbinin müəllimi.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az