• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan müstəqil siyasət aparır, bunun təməlində şanlı Qələbəmiz dayanır

    Azərbaycan müstəqil siyasət aparır, bunun təməlində şanlı Qələbəmiz dayanır

           
     Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.Prezident İlham Əliyev çıxışında söylədi ki, 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq. Bu gün - 2023-cü ilin əvvəlində bu görüş zamanı da əlbəttə ki, bu məsələlər haqqında danışacağıq. Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir.İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.

    Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır.

    Əlbəttə ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Biz azad olunmuş torpaqlarda 11 su elektrik stansiyasını inşa etdik və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Yəni, bu, böyük rəqəmdir və bölgəni indiki şəraitdə tam təmin edir. Bu, ümumi sistemdə olduğu üçün əlbəttə ki, bərpaolunan enerji növlərinin bizim enerji balansımızda payını da artırır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.

    Böyük suvarma layihələri. Bizi ermənilər suyumuzdan da məhrum etmişdilər. Su ehtiyatlarımızın 25 faiz mənbəyi Kəlbəcər, Laçın, Zəngilandır. Həm o bölgəni su ilə təmin edəcək, o cümlədən içməli su ilə, eyni zamanda, ölkəmizin digər rayonlarına da su borularının çəkilişi nəzərdə tutulur. Yəni, çox genişmiqyaslı planlarımız var və necə deyərlər, Allah nəsib edərsə, onların hamısını icra edəcəyik.
    Bu, doğurdan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq.Tofiq Abbasov: Dünya nizamı son dərəcə bədbin təəssüratlar oyadır. Görürük ki, problemli vəziyyətdir və uzun sürən böhranlar, münaqişələr nəinki həllini tapmır, əksinə, bəzi qüvvələrin ucbatından onlar kəskinləşir. Belə olduqda bir deyim yada düşür ki, məkan boşluğu sevmir. Çünki bəzi qüvvələr həqiqətən də boşluğa can atırlar. Ancaq Sizin rəhbərliyinizlə Azərbaycan qlobal inteqrasiya prosesinə doğrudan da son dərəcə böyük töhfələr verir və bunu görməmək mümkünsüzdür. Məsələn, ötən il Siz İtaliyada səfərdə olarkən Çernobbioda, dünyada məşhur olan “Ambrosetti evi” beyin mərkəzinin dəvətini aldınız və orada böyük nitqlə çıxış etdiniz. Mötəbər auditoriya Sizin fikirlərinizi çox böyük maraqla qarşıladı. Təbii ki, Siz orada, ilk növbədə, beynəlxalq institutların vəzifələrindən danışdınız və onları nəzərə almadan haradasa boşluqlara yol verirlər, digər tərəfdən öhdəliklərini yerinə yetirə bilmirlər. Siz orada çox dəyərli fikirlərinizi səsləndirdiniz. Azərbaycanın indi yeni formalaşmaqda olan sosial-iqtisadi, qlobal nizam konfiqurasiyasındakı rolunu Siz necə təxmin edirsiniz və bizim payımız yəqin ki, bu proseslərdə durmadan artacaq. Bax, bu parametrləri necə dəyərləndirmək olar?

    Prezident İlham Əliyev: Bizim xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin. Uzun illər Azərbaycanda, ölkə daxilində hər hansı bir risklər, təhdidlər yoxdur. Mümkün olan bütün risklər, təhdidlər hüdudlarımızın kənarında formalaşır. Özümüzü bu təhdidlərdən qorumaq üçün əlbəttə ki, xarici siyasət, o cümlədən hərbi siyasət öz rolunu oynamalıdır. Ona görə bizim siyasətimiz həmişə əməkdaşlığa hesablanmışdır. Əgər kimsə bizdən yardım istəyirsə, çalışırdıq ki, kömək göstərək, daha çox dost qazanaq. Bu, Qarabağ məsələsini həll etmək üçün əlbəttə ki, biz dünya ictimaiyyətini inandırmalı idik. Çünki erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda - həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı. Mən Qoşulmama Hərəkatına sədr seçilməyimizi də bunun nəticəsi olaraq görürəm. Çünki bu təsisatda elə ölkələr var ki, bir-biri ilə əzəli dost deyillər. Amma Azərbaycanı iki dəfə yekdil fikirlə dəstəklədilər - həm seçiləndə, həm də ki, sədrlik müddətimiz uzadılanda. Bu platforma bizə əlavə imkanlar verdi ki, öz niyyətimizi, siyasətimizi göstərək, xüsusilə COVID dövründə. Həm beynəlxalq tədbirlər, o cümlədən Zirvə Görüşü, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili, 80-dən çox ölkəyə maddi-humanitar yardımın göstərilməsi - bütün bunlar Azərbaycan tərəfindən edildi. Deyə bilərəm ki, dünyada o qədər də çox ölkələr yoxdur ki, bunu bizim qədər edirlər. Bunu biz təmənnasız edirik. Ona görə ki, bizi daha yaxşı tanısınlar, bizi dəstəkləsinlər, lazım olan anda bizim yanımızda olsunlar, necə ki, biz bunu artıq danışdığımız bu hadisələr zamanı gördük.


    Əyyubzadə  Fərid,
    Banbaşı kəndi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ