Heydər Əliyev siyasətinin alternativsizliyi bir daha təsdiqlənəcək! » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyev siyasətinin alternativsizliyi bir daha təsdiqlənəcək!

    Heydər Əliyev siyasətinin alternativsizliyi bir daha təsdiqlənəcək!



    Müsahibimiz Milli Məclisin deputatı Məşhur Məmmədov
    - Məşhur müəllim, 2024-cü il 7 fevralda ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hər bir seçki prosesi ötən dövrün təhlilini bir zərurət kimi qarşıya qoyur. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və gələcəyə hesablanmış siyasəti  Azərbaycanın qarşısında hansı imkanları yaratdı?

    -  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın əsası oldu. İnkaredilməz həqiqətdir ki, Ümummilli Lider hakimiyyətə qayıtmasaydı, Azərbaycanın bu gün hansı vəziyyətdə olacaqdı – bunu təsəvvür etmək heç də çətin deyil. Müstəqilliyimizin bərpasının ilk illərində hakimiyyətsizliyin mövcudluğu Azərbaycanı böyük təhlükələrlə üz-üzə qoymuşdu. Ölkəmiz müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Dahi şəxsiyyət Heydər Əliyev qayıdışı ilə Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Müstəqilliyimizin bərpasının ilk illərindəki durum bu həqiqəti bir daha təsdiqlədi ki, hər bir ölkənin  inkişafında lider və düşünülmüş siyasət amili əsasdır. O illərdə ölkəyə rəhbərlik edənlərin Azərbaycanın taleyi haqqında  düşünməmələri,  şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları  ölkəmizi “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Ümummilli Lider Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi, dövlətinə, xalqına bağlılığından irəli gələn yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan o çətin günləri arxada qoyub inkişaf, tərəqqi dövrünü yaşadı.

    Ulu Öndərin layiqli davamçısı olan cənab İlham Əliyev istər 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində, istərsə də  dövlət başçısı kimi jurnalistlərə ilk müsahibəsində qarşıdakı dövrün əsas hədəflərini diqqətə çatdırmışdır. Azərbaycanın xoşbəxt gələcəyinə inamını ifadə edən dövlət başçısı  belə bir əminliyi bildirmişdi ki, ölkəmizdə Heydər Əliyev siyasəti davam etdiriləcək, Azərbaycan bundan sonra da inkişaf edəcək, daha da güclənəcək.

    Prezident İlham Əliyevin bu ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində söylədiyi “2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır” fikirləri 1993-cü ildən bu günədək keçilən yolun aydın mənzərəsini təqdim edir. Dövlət başçısı İlham Əliyev son 20 ildə  uğurlu  və düşünülmüş siyasəti ilə Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırdı, bütün sahələrdə zəngin təcrübəsi ilə dünyanın diqqətində oldu. Əsas hədəflərdən biri iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi idi. Dövlət başçısı İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu və bu çağırışı etdi ki, neft kapitalını insan kapitalına çevirək! Qarşıya qoyulan bu hədəf regionların malik olduğu potensialdan səmərəli istifadəni bir tələbə çevirərək  regional inkişaf proqramlarının icrasına yol açdı. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrimiz sürətli inkişafa nail oldu, şəhərlə kənd arasında fərq aradan götürüldü. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi  mühüm sosial-iqtisadi nəticələrə yol açdı ki, bu da öz növbəsində Azərbaycanın hazırda ən islahatçı ölkələr sırasında qərarlaşmasında stimulverici amildir. Cənab İlham Əliyev mütəmadi olaraq bölgələrə səfəri ilə Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşərək onları narahat edən məsələləri öyrənir və bununla bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir. Vətəndaş məmnunluğunun artırılması dövlətimizin siyasətində əsasdır.

    Təbii ki, bu gün qeyri-neft sektorunun inkişafını şərtləndirən əsas amil Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrasıdır. Azərbaycanın enerji diplomatiyasının uğurları iqtisadi və siyasi müstəqilliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir. Son 20 ilin sosial-iqtisadi göstəriciləri Azərbaycanın  bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır.

     Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə geniş  imkanlar yaradır. Dünya birliyinin fəal üzvünə çevrilən Azərbaycanın sözü imzası qədər dəyərlidir.

    - Son 20  ilin uğurlarının  zirvəsində tarixi Zəfərimiz  və suverenliyimizin tam təmin olunması dayanır. Artıq bu reallıqların fonunda yeni dövr başlayır. Yeni çağırışlar öz növbəsində prezident seçkilərinin keçirilməsini zərurətə çevirib...

    -  2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunun nəticəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm 2003-cü ildə keçirilən andiçmə mərasimində “Heydər Əliyev yolu ilə yeni qələbələrə doğru gedəcəyik” vədini, eyni zamanda Ulu Öndərin 2003-cü il 1 oktyabr tarixində xalqa müraciətində böyük inamla ifadə etdiyi “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” etimadını doğrultdu. Məhz buna görə 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini inamla və qürurla bildirdi.

       Tarixi Zəfərimizdən üç il sonra  - 2023-cü ilin aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz və  sentyabrın 19-da birgünlük  lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində suverenliyimiz tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə bildirdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

      Son 20 ilin uğurlarını sadalamaqla bitməz. Cənab İlham Əliyev beynəlxalq miqyasda yeni liderlik modeli yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımız 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanır. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib.

    Bu gün böyük qürur hissi ilə qalib xalqın qalib Liderinin Azərbaycana qazandırdığı uğurlardan və onların fonunda qədəm qoyduğumuz yeni dövrün hədəflərindən bəhs edirik. “Dəmir yumruq” gücümüzün, eyni zamanda, birliyimizin rəmzinə çevrilib. Qurucu Lider olan cənab  İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması istiqamətində böyük  qətiyyət və əzmkarlıq göstərir. Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlişin mütərəqqi nümunəsini dünyaya təqdim edir. Artıq bir sıra yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlər qayıdıb. Cari ildə bu torpaqlara qayıdış davam edəcək. Bu torpaqlar sözün əsl mənasında cənnət məkana çevrilir. Qarşıda yeni hədəflər dayanır. 7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcı olaraq bu hədəflərin uğurlu icrasına yol açacaq.

    - Məşhur müəllim, Azərbaycan xalqı hər zaman görülən işləri, əldə olunan uğurları yüksək dəyərləndirir, seçimini məhz buna əsaslanaraq edir. Xalqımıza hansı çağırışı edərdiniz?

    - Cənab İlham Əliyevin daim xalqın səsini qazanması Ona böyük etimadın, inamın, eyni zamanda, qazanılan uğurlara yüksək qiymətin göstəricisidir. Xalqımız bu seçkilərdə də fəal iştirak edəcək, Heydər Əliyev siyasətinin alternativsizliyini səsi ilə təsdiqləyəcək. Qalib Liderə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının etimadı sonsuzdur. Cənab İlham Əliyev “Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” vədini doğrultdu. Hər zaman xalqın dəstəyinə arxalanan dövlət başçısı İlham Əliyevin atdığı hər bir addım, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar dövlətimizin qüdrətinin artmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə söz sahibliyinin möhkəmlənməsinə xidmət edir. Xalqımızı 7 fevral prezident seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram. Bu seçim həm dövlətimizin, həm də  xalqımızın xoşbəxt, firavan, təhlükəsiz gələcəyinin təminatıdır. Qalib Liderimiz cənab İlham Əliyev ilə birgə  yeni dövrün hədəflərinə doğru inamla addımlayaq.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ