Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb
- 2-02-2024, 21:50
- Maraqlı
- 0
- 116
Masallı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Cəlilabad rayon sakinləri R.Rəhimov, F.Mirzəcanov, T.Rəhimov və S.Məmmədovun qanunsuz ov etdikləri müəyyən edilib.
Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alət və avadanlıqlar, o cümlədən qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az