Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin əsas prioritetlərindəndir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin əsas prioritetlərindəndir

    Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin əsas prioritetlərindəndir


    Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb.

    Bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lərin inşa olunmasına, bu zaman ən müasir şəhərsalma nümunələrindən istifadə edilməsinə, aqrar sahənin, o cümlədən, heyvandarlığın inkişafının reallaşmasına, habelə əhalinin dayanıqlı məskunlaşmasına  xidmət edib, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradıb.Qeyd edək ki, düşməndən təmizlənən ərazilərin yenidən qurulması üçün büdcədən vəsait ayrılması Vətən müharibəsindən sonra daim diqqətdə saxlanılıb. Maliyyə Nazirliyinin məlumatına görə, ötən 9 ay ərzində Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinə 3 milyard 741 milyon manat vəsait yönəldib. Bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulan vəsaitin 77,9  faizi deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 588,5 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 59,7 faizinə bərabərdir. İşğaldan azad edilən ərazilərin bərpası məqsədilə 2024-cü ilin dövlət büdcəsindən isə 3 milyard 825 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir.

    Prezident İlham Əliyev -bununla bağlı çıxışlarının birində deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”.Dövlətimizin başçısının bu sözləri deməyə əsas verir ki, ölkəmizin zəngin potensial imkanları azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edilib. Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına  yanvarın 10-da verdiyi müsahibəsində diqqət çəkən məqamlardan biri anti-Azərbaycan mövqeyi tutan Fransa ilə bağlı səsləndirdiyi fikirlər oldu. Ölkə başçısı bildirdi ki, Fransa hər vəchlə çalışır ki, nə sülh, nə hərb olsun, məsələ dondurulmuş vəziyyətdə qalsın. Bu ölkənin anti-Azərbaycan mövqeyinin əsas səbəbi odur ki, Azərbaycan dövləti Fransanın planlarını alt-üst edib və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilməybilər. Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı. Mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki Azərbaycan dövləti həmişə öz siyasətində ancaq dostluq niyyəti onlarla əməkdaşlıq edir. Müharibə zamanı da Fransa BMT-də Azərbaycana  qarşı bir təşəbbüsə əl atmışdı. Lakin Fansanın bu cəhdi baş tutmamış, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını almışdılar. Ümumiyyətlə, Fransanın bütün digər cəhdləri də uğursuzluğa düçar olub.Ölkə başçısı müsahibəsi zamanı Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasına münasibət bildirərkən qeyd etdi ki, aksiyada iştirak edən gənclər gecə-gündüz şaxtalı-qarlı havada öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Ölkə başçısı onu da vurğuladı ki, müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır.

    Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri haqqında danışarkən isə bildirdi ki, bütün keçmiş köçkünlər zamanla öz dədə-baba torpaqlarına qayıdacaqlar və 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Bu il məhz Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı təmin olunacaq. Belə ki, Laçında hazırda yüzlərlə ev,  o cümlədən ictimai binalar yenidən qurulur, təmir edilir. Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləri başlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Həmçinin Şuşa, Ağdam, Füzuli və Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Böyük Qayıdış haqqında danışarkən ölkə başçısı vurğuladı ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyildi.

    Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması üçün çox böyük işlər görülüb və bu işlər davam etdirilir. Bu ərazilərdə elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşulub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilmişdir ki, onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Bundan əlavə, hazırda 7 stansiya inşa edilir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.İşğaldan azad edilmiş ərazilərdə müasir standarlara əsaslanan yol infrastrukturu da yaradılır. Belə ki, iki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir.Ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək üçün Qarabağ və Şərqi Zəngəzurda əkin işləri aparılaraq təqribən 60 min hektarda taxıl səpilmişdir. Bu ərazilərdə həmçinin sənaye parkları  da yaradılır. Bu işlər çərçivəsində Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında isə 10 milyonluq investisiya layihələri təsdiqlənmişdir.  Ümumiyyətlə, ölkə başçısının müsahibəsində səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin əsas prioritetlərindəndir.



    Emil İlqar,
    Masallı rayon Şərəfə kəndi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ