Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli faciələrindəndir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli faciələrindəndir

    Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli faciələrindəndir

                 
    1992-ci il 26 fevral. Xocalı faciəsi xalqımızın müstəqillik uğrunda mücadiləsini, milli  azadlıq hərəkatını elə beşiyindəcə boğmaq məqsədilə törədilən 20 Yanvar faciəsinin davamı idi. Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli faciələri ilə bərabər tutulur.
                 
    2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri, nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş keçmiş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyırdı. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqavimət nümayiş etdirməyə, Xocalı soyqırımının qurbanları ilə həmrəylik ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdi. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını, ona hüquqi və siyasi qiymətin verilməsini, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını, erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən tez bir zamanda çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətinin məlumatlandırılmasını və s. məsələləri strateji məqsəd kimi qarşıya qoymuşdu kampaniya. "Xocalıya ədalət, Qarabağa azadlıq" istəyirdi bu kampaniyaya qoşulanlar.
               
    Nədir ədalət? Ədalət kiminsə haqqını tapdalamamaq, sülhün təminatçısı olmaq, bir ölkənin, bir xalqın tarixinə ləkə gətirməmək, özgəsinin torpağına göz dikməmək, onu yerlə-yeksan etməməkdir. İnsanların üzündəki təbəssümü elə yerindəcə dondurmamaq, uşaqları gözüyaşlı qoymamaqdı ədalət. Dünyanın harasında olursa-olsun orada müharibəyə son qoymaq, insanları dininə görə güllə qabağına verməməkdi ədalət. Ədalət təbiətin, insanların yaratdıqlarını qorumaqdı, təbiətin gözəlliyinə qıymamaq, qərənfili ağlatmamaq, xarıbülbülün bağrını qana döndərməmək, badam çiçəyinin ləçəklərinin sırasını pozmamaqdı... ədalət.
               
     Xocalı həqiqətlərinin dünyaya çatdırılması işi təkcə dövlət qurumlarının deyil, həm də qeyri-dövlət təşkilatlarının və ayrı-ayrı vətəndaşların, o cümlədən biz gənclərin fəaliyyətinin əsas istiqamətinə çevrilməlidir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: “Bizim hər birimiz harada yaşamağımızdan asılı olmayaraq, bu kampaniyalara dəstək verməliyik. Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Burada hər kəsin üzərinə düşən özünəməxsus məsuliyyət payı var. Hamı bu məsuliyyəti başa düşməlidir və heç kəs gözləməməlidir ki, bunu kimsə başqaları etsin”.



    Əyyubzadə Fərid,
    Banbaşı kəndi





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ