Şəhid Ülvi Nüsrətbəylinin 26-cı doğum günü anıldı
- 14-02-2025, 18:15
- Maraqlı
- 0
- 52

Masallı Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə rayon üzrə bütün şəhidlərin doğum və şəhadət günləri diqqətdə saxlanılaraq daim qeyd olunur.
Belə ki, 14 fevral 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Güllütəpə ərazisində Vətən Müharibəsi şəhidi Ülvi Arif oğlu Nüsrətbəylinin 26 yaşının tamam olması ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin Böyük məsləhətçisi Nurlan Muradov, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, şəhid ailələri, ziyalılar, ağsaqqallar, din xadimləri və sakinlər tərəfindən xatirəsi anılmış və şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.