Главная > İdman > Masallı UGİŞM-nin güləşçiləri Bakıdan 11 medalla geri dönüb

Masallı UGİŞM-nin güləşçiləri Bakıdan 11 medalla geri dönüb


4-03-2024, 20:39. Разместил: admin44
 
Martın 3-də Abşeron Rayon  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİŞM) sərbəst güləş üzrə açıq birinciliyi keçirilib. 

Turnirdə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin sərbəst güləş bölmələrinin idmançıları güclərini sınayıblar.

Yarışlarda 2008-2010, 2011-2013-cü il təvəllüdlü yeniyetmələr 26, 23, 29, 32, 35, 38, 41, 44, 47, 51, 56, 60 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Birincilikdə Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri uğurlu nəticələr əldə ediblər. Belə ki, 11 güləşçimiz fəxri kürsüyə qalxıb – 6 idmançı birinci, 5 nəfər isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Məktəbli idmançılardan Əli Əliyev (24 kq), Nihad Xudaverdiyev (51 kq), Ayaz Rəhimli (29 kq), Rəşad Həsənov (38 kq), Rəsul Qiyasbəyli (23 kq), İslam Şükürov (20 kq) birinci, Elton Həsənli (48 kq), Rövşən Əhədov (51 kq), İbrahim Abbasov (21 kq) ikinci, Nizar Adıyev (35 kq), Ələkbər Ələkbərov (48 kq) üçüncü yerə sahib olublar. 

Qeyd edək ki, güləşçiləri yarışlara Masallı UGİŞM-nin məşqçi-müəllimləri Samir Rəhmanov, Cavid Həsənov və Maqsud Ağayev hazırlayıb. 
 

Akif AĞAYEV






"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад