Azərbaycanda zəlzələ baş verib
İyulun 4-də Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.
Bildirilib ki, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az