Masallıda yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib
- 12-07-2023, 10:05
- Maraqlı
- 0
- 206
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ölkədə yanğın təhlükəsizliyinin aidiyyəti üzrə təmin olunması istiqamətində vəzifələrinin icrasını davam etdirir. Belə ki, iyulun 5-də Masallı şəhəri, H.Əliyev prospekti ərazisində kol-kos sahəsində yanğın baş verib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriblər.
Belə ki, Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində hadisənin vətəndaş Anar Cəbiyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az