Tarixi zərurət və xalqın istəyi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tarixi zərurət və xalqın istəyi

    Tarixi zərurət və xalqın istəyi


    1993-cü il 3 oktyabr ölkəmizdə müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gündür. Həmin gün Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsi dövlətçiliyimizi xilas etdi. Bəli, 3 oktyabr 1993-cü il dövlətçiliyimiz tarixində şanlı hərflərlə yazılan gündür. Həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Oktyabrın 3-də prezident seçilən, bir həftədən sonra dövlət başçısı kimi and içən Ulu Öndər Heydər Əliyev ilk növbədə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasına başladı.                  
     Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”  Xaos və anarxiya yaradan, istənilən anda istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Heydər Əliyevin diplomatik bacarığı, beynəlxalq dairələrdəki hörməti Azərbaycanın tez bir zamanda dünya birliyinə inteqrasiyasını təmin etmişdir. Həmin vaxt Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirilməsinə nail olmaq Ulu Öndərin böyük xidmətidir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyən Heydər Əliyev hər bir Azərbaycanlının öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli olduğunu xalqa aşılamışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm qoyub və onu  elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız  İ.Əliyev Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail olaraq  ölkəmizə növbəti tarixi Qələbəni bəxş etmişdir.  Erməni silahlı qüvvələrinin torpaqlarımızdan  çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverənliyi tam bərpa olunmuşdur. Bəli, Heydər Əliyev dühasının işığı hər birimizin həyatına mayakdır.Mən həyatımın hər bir anında Ulu Öndərin ideyalarının işığına bələnmişəm.
               
    03 oktyabr 1993-cü il. Bu tarix hər bir Azərbaycan vətəndaşının həyatında böyük önəm daşıyır. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Vətəni xilas etdi. Məhz bu tarixdə xalqımız öz gələcəyini qartal gözlü,parlaq zəkalı,ürəyində daim Allah məhəbbəti olan Ulu Öndər Heydər Əliyevə etibar etmişdir. Müasir Azərbaycanımızın uğurları məhz həmin tarixdən başlanır. H.Əliyev Azərbaycan xalqının bağrından qopan bir sal qaya parçası kimi tufanlara sinə gərdi, Azərbaycana uzanan qara əlləri kəsdi, düşmənin arzusunu gözündə qoydu, xalqın ümidlərini doğrultdu. Ölkədə vətəndaş müharibəsi başlanan dövrdə bütün ümidlər Heydər Əliyevin dühası ilə bağlı idi. 1993-cü ildə keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının lideri H.Əliyev 98,84 faiz səslə bu seçkidə böyük üstünlüklə qalib gəlmişdir. Bu böyük nəticə YAP-ın inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün mən iki sevinci birdən yaşadım. Universitet məzunu olaraq Ulu Öndərin ən şərəfli peşə hesab etdiyi müəllimlik fəaliyyətinə məhz elə dahi liderin ölkə başçısı olduğu bir dönəmdə başladım. Bu,çox gözəl bir duyğu idi.

    O gündən bu günə Azərbaycan yanlız və yanlız tərəqqi edir,günbəgün gözəlləşir,inkişaf yolu ilə gedir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir. Prezident İlham Əliyev öz ustadının, öz sələfinin yolunu dönmədən davam etdirir. Heydər Əliyev yaşayır, onun göstərişləri bizə qüvvət verir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
                 
    Xalqın işıqlı və parlaq gələcəyi İlham Əliyevlə daha nurludur.Qələbə hər zaman bizimlədir və bizə qələbə sevincini yaşadan Ulu Öndərin layiqli davamçısı Ali Baş Komandanımıza eşq olsun ! Qarabağ Azərbaycandır! Dəmir yumruq yerindədir!

                       
           
    Şahbazova Məhbubə,
    Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta məktəbin direktoru


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ