• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir

    Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir


                 
    Azərbaycan xalqının son birəsrlik tarixini ordusuz təsəvvür etmək mümkünsüzdür. Bu bir əsrdə iki dəfə müstəqil dövlətini qurmuş Azərbaycan xalqı ötən dövr ərzində ciddi sınaqlarla qarşılaşsa da, mövcud olan çətinliklərin öhdəsindən özünəxas iradə ilə çıxaraq dünya xalqları arasında layiqli yerini tutmuşdur.
                 
    Şərqdə ilk demokratik respublika olaraq adını tarixə həkk etdirən Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu milli dəyərlər vardır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. 1919-cu ilin sonlarında şəxsi heyəti 25 min olan Azərbaycan Ordusu 1920-ci ildə 40 min nəfərə çatdırılmağı planlaşdırılırdı.
                 
    Çar imperiyası Azərbaycan Xalq Cümhuriyyətini ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olundu, ordu quruculuğu prosesi tam başa çatmadı.
                 
    Azərbaycan xalqı yenidən öz müstəqilliyini elan etdikdən sonra ordu quruculuğu tarixində növbəti şərəfli bir mərhələnin başlanğıcını qoydu - 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
                 
     Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul olunsa da, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər.
                 
    1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
                 
    Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərəliləşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, belə münasibət, ordunun inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq.
                   
    Ordunu siyasətdən kənarlaşdıraraq ölkə Konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi, onun formalaşmasını, təşkilatlanmasını və təchizatını qəbul edilmiş qanunlarla normallaşdırdı, orduda vahid komandanlığın praktiki əsaslarını yaradaraq idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi, dövlət quruculuğunun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlətin gündəlik qayğısı ilə əhatə olundu, tələbatları vaxtlı-vaxtında ödənildi, bu istiqamətdə dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı.
                 
    Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
                 
    Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır.
               
     Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.
                   
    Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, hərbi texnika, avadanlıq gətirilib. Bütün bunların nəticəsidir ki, dünya Azərbaycan Ordusunun gücünü ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi bölmələrimizin tam nəzarətinə götürüldü. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevinci yaşatdı.
                   
    Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi.
    Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır.
                   
    Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, Zəfər yürüşünə tezliklə başlayacağımızı, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi.
           
    Nəhayət, ordumuzun, xalqımızın illərdən bəri gözlədiyi sevinci onlara bəxş etdi. 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.
             
    Bu gün 104 illik tarixə malik rəşadətli Azərbaycan Ordusunun bütün dünyada böyük nüfuzu var. İllərdir özünümüdafiə tədbirlərini gücləndirməsi, yüksək keyfiyyətli hərbi arsenalını və bilikli kadr ehtiyatlarını artırması 44 günlük Vətən müharibəsində öz nəticəsini göstərdi. Şanlı ordumuz qısa müddətli uğurlu müharibə apararaq, dünya miqyasında XX yüzilliyə öz möhürünü vurdu. Azərbaycan Ordusu nəinki regionun, həmçinin Yaxın və Orta Şərqin, bütün post-sovet məkanının ən qüdrətli silahlı qüvvələrindən biridir və bu güclənmə prosesi məqsədyönlü şəkildə davam etdirilir.   21 sentyabr tarixində Laçın şəhərində üçrəngli bayrağımızı qürurla səmalara qaldıran, onun daim dalğalanması üçün hər zaman yorulmadan mübarizə aparan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı xalqımızın hər zaman sülhsevər olduğunu, müharibə istəmədiyini qeyd etdi. Aprel döyüşlərinə, Günnüt zəfərinə toxunan dövlət başçısı Ermənistan rəhbərliyinin verdiyi sözə əməl etməməsi, qoşunlarını bizim tarixi torpaqlardan öz xoşluğu ilə çəkməməsi İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb olduğunu vurğuladı. "Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Ondan iki il sonra Naxçıvanda "Günnüt" əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu da onlara dərs olmadı. Nəhayət İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və Müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi".
           
    Qalib, rəşadətli ordumuzun bu möhtəşəm uğurunun təməlində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, geniş bilik və dərin təfəkkürünə dayanır.

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi qalib bir xalq olaraq bizləri qürurlandırdı.

       
                   
    Əyyubzadə Fərid,
    Banbaşı kəndi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:53 Masallının ərazilərində ağacəkmə aksiyası davam etməkdədir
    2. 18:03 Masallıda "Masallı STEAMçilər kulubu" layihəsinin açılışı
    3. 16:27 Şəhid Ziya Gözəlovun şəhadətinin 4-cü ildönümü anıldı
    4. 16:24 Rayon rəhbərinin 22 noyabr 2024-cü il tarixli vətəndaş qəbulu
    5. 16:21 Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 4-cü ildönümü anıldı
    6. 14:37 32 illik şərəfli yol
    7. 14:16 Masallı RİH Başçısı 21.11.2024-cü il tarixdə Xıl ərazisinin sakinləri ilə görüşdü
    8. 09:06 Ağdamın Zəfər Günü 
    9. 18:39 Yeyənkənd kəndində küçələrin təmiri üçün hər kəs səfərbər olub
    10. 18:37 Böyük Kolatan kəndində transformator yeniləndi
    11. 18:36 Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş
    12. 18:20 Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
    13. 10:04 Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
    14. 09:40 Masallının tanınmış ziyalısı
    15. 22:00 Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb
    16. 18:40 Masallıda payızlıq kələm yığımı davam edir
    17. 18:37 Masallı RİH Başçısı 19.11.2024-cü il tarixdə Miyanku ərazisinin sakinləri ilə görüşdü
    18. 12:33 Yeni Azərbaycan Partiyası -32
    19. 12:31 Yeni Azərbaycan Partiyası -32
    20. 11:54 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
    21. 08:44 Azərbaycanı inkişafa aparan yol
    22. 08:42 COP 29: Dünya Azərbaycanda Masallıda tədbir                                 
    23. 23:30 20 noyabr - Ağdam şəhəri günüdür
    24. 23:30 Bədəlan ərazisinin Çayqıraq kəndində daxili yollar təmir olunur
    25. 23:00 Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı
    26. 23:00 Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
    27. 14:07 “Biz Heydər Əliyev irsini öyrənirik” 
    28. 23:30 Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
    29. 23:00 Azərbaycan Prezidentinə yazırlar
    30. 10:18 Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
    31. 20:30 Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır
    32. 18:40 Ağakişibəyli kəndində şəhid küçəsi abadlaşdırılır
    33. 18:35 Rayon rəhbərinin 15 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    34. 11:12 200 ölkənin yekdil qərarı-Azərbaycan COP29-a ev sahibliyi edir
    35. 23:30 Azərbaycanın başladığı meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib
    36. 23:00 Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu
    37. 18:38 Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
    38. 18:35 Şəhid Sahib Şirəliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    39. 18:31 Masallı RİH Başçısı 14.11.2024-cü il tarixdə Qodman ərazisinin sakinləri ilə görüşdü
    40. 18:27 Masallı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yeni təyinatlar
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ