İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlanmışdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlanmışdır

    İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlanmışdır

                 
    Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.
    Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf¬li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət¬mizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə¬sində nail olunub.
               
     Ölkəmiz tarix baxımından qısa müd¬dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-qu-ruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasi¬yasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və re¬gional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb.

    İƏT-in növbəti iclasının Şuşa şəhə¬rində keçirilməsi ilə bağlı onu da deyək ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nə¬ticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib.
                 
    Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin toplantıda Azərbaycanı Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində üzv dövlətlər arasında tu¬rizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi is¬tiqamətində görüləcək tədbirlər nəzər¬dən keçirilib.
                   
    Xatırladaq ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan sözügedən qurum 1985-ci ildən etibarən İqtisadi Əmək¬daşlıq Təşkilatı adlandırılıb. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlət¬lərin iqtisadiyyatının dünya iqtisadiy¬yatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərə¬li istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub.
               
     Azərbaycan İƏT-ə 1992-ci ildə üzv olub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda realla¬şıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şu¬rasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib. Xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı bəyanatla çıxış edib. O, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və plan¬larını açıqlayıb. Nazir, eyni zamanda, ölkəmizin 2023-cü ildə sədrliyi dövrün¬də iqtisadiyyat, enerji, nəqliyyat, tu¬rizm və digər sahələrdə bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyini də diqqətə çatdırıb.                                                                                  
    İƏT-in ötən müddətdəki iclaslarında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarının mühüm önəm daşıdığı, bu xüsusda Azərbayca¬nın regional nəqliyyat və tranzit dəhliz¬lərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə ətraflı məlumat verilib.
                   
    Bununla yanaşı, sözügedən is¬tiqamətlərdə əməkdaşlığın gücləndiril¬məsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platfor¬malar təsis edilib. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Bey¬nəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilib.

    İƏT-in Nazirlər Şurasının iclasların¬da Şərqi Zəngəzur iqtisadi rayonun¬dan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması təşəb¬büsünün əhəmiyyəti diqqətə çatdırılıb, bu infrastrukturun bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağı qeyd edi¬lib. Bütün bunlarla bərabər, Zəngəzur Dəhlizinin Orta Dəhlizin tərkib hissəsi olmaqla həm də Avropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir nəqliyyat xətti, Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəh¬lizlərini birləşdirən önəmli arteriya kimi dəyərləndirilib.
    İƏT fəaliyyətində üzv ölkələr arasın¬da son 20 il ərzində sürətli sosial-iqti¬sadi inkişaf yolu keçən Azərbaycana daim üstünlük verib. Ölkəmizin quruma sədrliyi dövründə Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT çərçivəsində Təmiz Enerji və İqtisadi Tədqiqatlar mərkəzlərinin fəaliyyətə başlaması is¬tiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.
                 
     Yeri gəlmişkən, respublikamızın hə¬yata keçirdiyi iqtisadi strategiyada təmiz enerji layihələrinin reallaşdırılması xüsu¬si yer tutur. Azərbaycanda bu istiqamət daim diqqətdə saxlanılır. Ölkəmiz bər¬paolunan enerji mənbələrinin inkişafına böyük beynəlxalq dəstəkdən yararlanır. Artıq xarici tərəfdaşlarla bir sıra müqa¬vilələrin bağlanılması da bunun bariz ifadəsidir. “ACWA Power” və “MAS¬DAR” ilə sazişlər, həmçinin Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə 12 geqavat enerji üzrə saziş Avropaya təmiz enerji resurslarının tədarüklərini artırmaq baxımından strateji önəm da¬şıyır. İlin sonunadək 240 meqavat-saat gücündə ilk günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.
    İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bər¬pa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində hə¬yata keçirilən layihələrin iştirakçıları sıra¬sına tezliklə qoşulacağını da bəyan edir.
                   
    Burada düşməndən təmizlənən azad iqtisadi zonaların yaradılmasın¬dan, sənaye obyektlərinin işə salınma¬sından söz düşmüşkən, onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa prosesi in¬diyədək sənayeləşmə siyasəti ilə pa¬ralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 20-ə yaxın sənaye müəs¬sisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə aqrar-sənaye kompleksinin tərəqqisi məqsədləri üçün 940 fermer təsərrüfatının qurul¬ması nəzərdə tutulub.
    Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 3 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən bu zonaya 21 milyon manatdan çox investisiyanın yatırılması, 270-dən artıq iş yerinin ya¬radılması planlaşdırılıb.

                   
             
    Əyyubzadə Fərid,
    Banbaşı kəndi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ