Ərazi bütövlüyü və suverenliyimiz, bütün ölkə ərazisində tam bərpa olunub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ərazi bütövlüyü və suverenliyimiz, bütün ölkə ərazisində tam bərpa olunub

    Ərazi bütövlüyü və suverenliyimiz, bütün ölkə ərazisində tam bərpa olunub

     
               
    Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi hadisədir: "İlk növbədə, ondan başlayaq ki, müstəqillik tariximizdə nə Cümhuriyyət dövründə, nə də 1991-ci ildən sonra Xankəndidə Azərbaycanın üçrəngli bayrağı heç vaxt dalğalanmamışdı.    
               
    Xalqımız üçün Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müharibənin qurtarması və sülh yaranmasını dövlətin qarşısında ilk vəzifə kimi ən vacib məsələ idi.
               
    Prezident İlham Əliyevin ötən 20 illik siyasi hakimiyyətinin fəaliyyət xronologiyasına diqqət etsək, onun hər bir addımı, hər bir qərarının bizi ulu öndərin suverenliyi, ərazi bütövlüyü təmin olunmuş, sülh şəraitində yaşayan qalib Azərbaycan idealına yaxınlaşdırdığının şahidi olarıq. Bu illər ərzində həyata keçirilən titanik fəaliyyət, Azərbaycan tarixinin ən güclü ordusunun və 1200 addan çox istehsal qabiliyyətli müdafiə sənayesinin formalaşdırılması, siyasi müstəqilliyin güclənməsi, iqtisadi suverenliyə nail olunması, qlobal müstəvidə haqq işimiz naminə hüquqi bazisin formalaşdırılması fonunda Azərbaycanın lideri ilmə-ilmə yeni reallıq toxudu. Nəhayət, Vətən müharibəsində 30 il möhkəmlənən fiziki istehkamların, siyasi maneələrin dəf edilərək 44 günə yeni reallığı yaradılmasının şahidi olduq. Ardınca isə cəmi 23 saata 105 illik separatizm yuvasının darmadağın edilməsi tamamilə yeni bir mənzərə meydana çıxardı. Xankəndidə dövlət bayrağımızın dalğalanması isə artıq proseslərin məntiqi sonu oldu. Beləliklə, Heydər Əliyev siyasi kursuna sadiq qalmaqla cənab İlham Əliyev 20 il öncə andiçmə mərasimində verdiyi vədə sadiq qalaraq müəyyən etdiyi vəzifələrin icrasını başa çatdırdı.
                 Oktyabrın 15-də Xankəndi şəhərində dövlət bayrağımızı ucaltmaqla İlham Əliyev dünyaya mesaj verdi ki, nə Azərbaycan əvvəlki Azərbaycandır, nə Ermənistan. Prezidentin Xankəndidən bəyan etdiyi kimi, “hesab edirdik ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır". Amma son üç ilə qədər beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü kağız üzərində təsbit etsə belə, rəsmi bəyanatlarda Ermənistanı işğalçı adlandıran subyektlər yox səviyyəsində idi. Əksinə, beynəlxalq hüququn iri subyektləri, başda ATƏT-in Minsk qrupunun BMT Təhlükəsizlik Şurasının üzvü olan həmsədrləri belə Azərbaycanı işğal və təcavüz status-kvosu ilə barışmağa, münaqişəni dondurmağa və tədricən Bakını ərazi itkisinə razı salmağa çalışırdılar. Ermənistan da uca səslə danışa və tələblər qoya bilirdi, çünki qarşısında məğlub Azərbaycan var idi. Üstəlik hərbi nöqteyi-nəzərən Azərbaycanla təmas xəttində bütün strateji yüksəkliklər Ermənistan ordusunun nəzarətində idi. Habelə 30 il Fransanın və digər dövlətlərin davamlı maliyyə dəstəyi ilə Ermənistan keçilməz müdafiə sədləri formalaşdırmışdı.
               
    Azərbaycan Prezidenti təmkinlə, yalnız özünə və xalqına güvənərək bütün dünyaya rəğmən vəziyyəti kökündən dəyişdi: "Bu gün artıq Ermənistanla şərti sərhədlərdə Azərbaycan istisnasız bütün strateji yüksəkliklərə nəzarət edir. Silahlı Qüvvələrimiz şəxsi heyətin döyüş ruhu və maddi-texniki təhcizat, habelə arsenalına görə Ermənistandan müqayisə olunmaz dərəcədə üstündür. Azərbaycana münasibətdə ən ciddi təhdid, Ermənistan və havadarlarının 100 ildən artıqdır ki, əsas rıçağı hesab edilən separatizmin kökü cənab İlham Əliyev tərəfindən qazınıb. Artıq ərazi bütövlüyü və suverenliyimiz, bütün ölkə ərazisində konstitusiya quruluşumuz tam bərpa olunub. Xankəndidə möhtərəm prezidentin zəfər nitqi, əslində, qələbə və Qafqazın gələcək birgəyaşayış direktivi idi. Bu direktivlə cənab İlham Əliyev bütün dünyaya bəyan etmiş oldu ki, bölgənin reallığını biz diktə edirik. Hər hansı ikinci bir subyekt və ya güc mərkəzi yeni şərtlər, yeni reallıqlar barədə danışırsa, bunlar kimin səsləndirməsindən asılı olmayaraq cəfəngiyyatdır".

           

           
    Ceyhun Hüseynov,    
    Masallı RMX, İƏ şöbəsi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ