Bu gün yaşadıqlarımız Ulu Öndərin siyasətinə sədaqətin nəticəsidir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bu gün yaşadıqlarımız Ulu Öndərin siyasətinə sədaqətin nəticəsidir

    Bu gün yaşadıqlarımız Ulu Öndərin siyasətinə sədaqətin nəticəsidir

                 
    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə-oktyabrın 15-də tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı.
               
    Ötən 20 ildə milli maraqlara və dəyərlərə söykənərək istər xarici, istərsə də daxili siyasətdə öz imzasını yazıb möhürünü vuraraq ölkəmizin inkişafında müstəsna xidmətləri olan, Azərbaycanın dünya miqyasında tanıdılmasında böyük səylər göstərən Cənab Prezidentimiz dövlətimizin güclənməsi, xalqımızın rifahı üçün yorulmadan çalışır. Böyük tarixi naliyyətlər də məhz o gündən başlayır. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirib.
                   
    Zədələnmiş qürurumuzu bərpa edən, düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olunmasında misilsiz xidmətləri olan, öz qətiyyəti, yenilməzliyi ilə dünyanı heyrətə gətirən mahir sərkərdə, hər bir Azərbaycanlının and yerinə çevrilmiş, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin səyləri nəticəsində biz qürurlu xalq olaraq böyük sevinc və zəfərlər içərisindəyik.  Bu tarixi anları bizə yaşadan və tarixin qızıl səhifələrini öz əlləri ilə yazan Müzəffər Ali baş Komandan andına, sözünə sədaqətini əməli işi ilə təsdi etdi və bizlərə Zəfər duyğusu, qələbə sevinci yaşadaraq könüllərdə öz taxtını qura bildi. Ata vəsiyyətini yerinə yetirməsindən fəxrlə, qürur və sevinclə söz açan, ən böyük mükafatı da bunu hesab edən Lider bir daha sübut etdi ki, bu xalqın oğlu olmaq, bu xalqa xidmət etmək ən şərəfli bir vəzifədir.
               
    Cənab Prezident Xankəndidəki çıxışında “Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik” deyərək dünənə qədər bizi aşağılamağa çalışan, təhqir edən oyuncaq rejimin təlxək rəhbərlərinin bugünkü aqibətini xatırlatdı: “Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara.
                   
    Tarix və zaman hər şeyi öz yerində və vaxtında bərqərar edir. Bunu da çox yaxşı bilən, nəyi, nə zaman və necə etmək lazım olduğunu gözəl bilən öndərimiz ümummilli lider Heydər Əliyevin 100 illiyi olan 2023-cü ildə doğma xalqına Qələbə sevinci yaşatmaqla böyük şəxsiyyətin əbədi ideyalarına və ideallarına sədaqətini nümayiş etdirdi.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    2. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    3. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    4. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    5. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    6. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    7. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    8. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    9. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    11. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    12. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    13. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    14. 09:07 Ərazi nümayəndəsinin tribunası
    15. 09:05 Allah rəhmət eləsin
    16. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    17. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    18. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    19. 13:52 Allah rəhmət eləsin
    20. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    21. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    22. 10:25 Bələdiyyə sədri
    23. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    24. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    25. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    26. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    27. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    29. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    30. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    31. 14:35 Yeni şeirlər
    32. 10:59 Perspektivli idmançıların aşkarlanması
    33. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    34. 15:56 100 illik ömrün işığı
    35. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    36. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    37. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    38. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    39. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    40. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ