Ümummilli Lider Heydər Əliyevin 1987 ci ildə öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra Azərbaycana qarşı haqsızlıqlar artdı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ümummilli Lider Heydər Əliyevin 1987 ci ildə öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra Azərbaycana qarşı haqsızlıqlar artdı

    Ümummilli Lider Heydər Əliyevin 1987 ci ildə öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra Azərbaycana qarşı haqsızlıqlar artdı


    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatının bütün mərhələləri Azərbaycan xalqının müstəqil dövlətə sahib olmasına, onun dünya xalqları içərisində layiqli yerinin və firavan həyatının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər Heydər Əliyev hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən bu orqanda fəaliyyət göstərəcək milli kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Ümummilli Lider çox gözəl bilirdi ki, dövlət təhlükəsizlik orqanlarında işləyən qeyri-azərbaycanlılar tərəfindən xalqımıza qarşı olduqca qəddar münasibət bəslənilmiş, minlərlə soydaşımız müxtəlif bəhanələr gətirilərək uzunmüddətli həbslərə, ölüm cəzasına məhkum edilmişdir. Xalqımıza qarşı yönəlmiş bu represiya maşınının qarşısının alınmasının yeganə yolu Dövlət Təhlükəsizlik Komitəsi sistemində milli kadrların yerləşdirilməsi idi ki, Ulu Öndər bu yolda qarşısına çıxan maneələri qətiyyətlə dəf etməyi bacardı.
            Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifədə fəaliyyətinin növbəti mərhələsi 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dönəmini əhatə edir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edir.
            Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.
            1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.
           
    Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.
           
    Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət fərqli sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə, ən çətin tarixi dövrlərdə və amansız təqiblər şəraitində belə, doğma Azərbaycana xidmət etmişdir. Böyük dövlət xadiminin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyət səciyyələndirir - Vətən mücadiləsi və hər zaman, hər yerdə, bütün vəzifələrdə ana Vətənin, doğma xalqın tərəqqisi üçün can qoymaq!
           
     1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Dünyanın ən böyük dövlətinin 3-cü böyük şəxsi kimi dünyada tanınan Ulu Öndərin bu yüksəlişi bir çoxlarını, o cümlədən erməniləri əndişəyə saldı.
           
    1985-ci ildə Kommunist Partiyasının Mərkəzi Komitəsinin yeni seçilmiş baş katibi Mixail Qorbaçov SSRİ-də “yenidənqurma və aşkarlıq” adı verdiyi siyasi kursunu elan etdi. Bu kurs ölkədə böyük təlatümlər yaratdığı kimi, ənənəvi kadr dəyişikliklərini də ortaya qoydu. M. Qorbaçov daha çox ondan asılı olan və İttifaq miqyasında o qədər də tanınmayan şəxsləri komandasına cəlb etməklə yanaşı, Mərkəzi Komitədə ciddi siyasi çəkiyə və böyük xarizmaya sahib şəxslərin təmizlənməsinə başladı. Bu şəxslərdən biri də Sov. İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev oldu.
           
     Artan təzyiqlər fonunda Heydər Əliyevin 1987-ci ilin oktyabrında Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istefası Qarabağ probleminin açıq müstəviyə keçməsinə və bu münaqişə fonunda Milli Azadlıq Hərəkatının geniş vüsət almasına səbəb oldu. Ulu Öndər bu barədə belə söyləyirdi: “Ermənilər mənim Siyasi Bürodan istefama nail olduqdan cəmi 20 gün sonra, Ermənistanda bir gün belə yaşamayan akademik Aqanbekyan Fransada çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarını elan etdi”.
           
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa etdiyi müraciətində həmin dövrü xarakterizə edərək demişdir: “1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Ermənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı.”
           
    Ulu Öndər 1990-cı ildə Türkiyənin “Zaman” qəzetinin müxbiri ilə söhbətində müstəqillik məsələsinə toxunaraq qeyd edir: “Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil dövlət olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədi Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi”.
           
    Müstəqillik tərəfdarları məhz Azərbaycan xalqının azadlıq istəyinin carçıları idilər. Bu insanların avanqardı dahi siyasətçi Heydər Əliyev idi. Azərbaycanın Sovet İttifaqının bir hissəsi olduğu, vahid SSRİ iqtisadiyyatının hökm sürdüyü bir vaxtda Heydər Əliyev 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında xalq deputatı kimi çıxış etdi və Azərbaycanın yeni ittifaq müqaviləsinə qoşulmasına qəti şəkildə etirazını bildirdi; “Respublikanın keçmiş rəhbəri kimi, mən də belə yararsız və naməlum ittifaqa xidmət etdiyimi, buraxdığımız səhvləri etiraf edirəm və heyifsilənirəm. Nəzərə almaq lazımdır ki, hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm”. Tarixin sonrakı gedişi də bu böyük şəxsiyyətin nə qədər uzaqgörən olduğunu dəflərlə sübut etdi.
           
     Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən mühüm xidmətlərindən biri də özündən sonra millətin və dövlətin taleyini etibar edəcəyi siyasi varisini yetişdirməsidir. Ulu Öndərimiz burada da yanılmadı. Heydər Əliyevin yarımçıq qalmış ideyaları cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Cənab Prezident İlham Əliyev zamanın reallıqlarını nəzərə alaraq Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə və beynəlxalq məsələlərin müzakirə edildiyi və mühüm qərarların qəbul edildiyi məkana çevirdi. Ən əsası özünün qətiyyəti, yaratdığı Müzəffər Ordunun qüdrəti və xalqımızın birliyi ilə 30 il işğal altında qalan Vətən torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın zədələnmiş milli qüruru bərpa olundu. Xalqımız məğlub xalqdan, Qalib xalq səviyyəsinə ucaldı.




    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    2. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    3. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    4. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    5. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    6. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    7. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    8. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    9. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    10. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    11. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    12. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    13. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    14. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    15. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    17. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    18. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    19. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    20. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    21. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    23. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    25. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    26. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    27. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    29. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    30. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    31. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    32. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    33. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    35. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    36. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    37. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    38. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    39. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    40. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ