Yeni ildə Azərbaycanı yeni qələbələr gözləyir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni ildə Azərbaycanı yeni qələbələr gözləyir

    Yeni ildə Azərbaycanı yeni qələbələr gözləyir



                 
    Azərbaycanda Heydər Əliyev İli elan olunmuş 2023-cü ildə ölkəmizin ictimai-siyasi həyatında bir çox önəmli hadisələr baş vermişdir. Lakin 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. İşğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olunmuş, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.
               
    2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatandan sonra keçən üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, ölkəmizə qarşı yeni hərbi təxribatlar həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı və hətta Qarabağa yeni silahlar, sursatlar, hərbi texnika, minalar gətirildi. Azərbaycana qarşı mina terroru davam etdirildi. Azərbaycan tərəfindən dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdi ki, ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, Azərbaycan yenidən güc tətbiq edərək dövlət suverenliyini özü bərpa edəcək. Bütün bunlardan sonra, 2023-cü il sentyabrın 19-da başlamış və cəmi bir gün davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim ləğv olunmuş, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan əbədi olaraq çıxarılmış və separatizmin bütün atributları tarixin zibilxanasına atılmışdır.
               Bu hadisələrdən beş ay əvvəl, 2023-cü ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdi. Həmin vaxt da  bəzi Qərb ölkələrində böyük hay-küy qaldırılmış, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Lakin Azərbaycan haqq yolunda olduğunu bütün dünyaya sübut etdi və öz sərhədlərini nəzarətə götürdü.
               Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilmişdir. Azərbaycan işğaldan azad etdiyi və Ermənistan tərəfindən tamamilə dağıdılmış bütün şəhərlərini, kəndlərini yenidən qurur və artıq ötən il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərində 28 May tarixində böyük bayram oldu. Həmin gün köçkünlər öz dədə-baba yurdlarına qayıtmışdılar. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində həyat bərpa edilmişdir. Öz çıxışında cənab Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, 2024-cü ildə daha bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.
               
    Bu gün Azərbaycan iqtisadiyyatının müstəqil olması ölkəmizə imkan verir ki, heç bir beynəlxalq maliyyə institutundan asılı olmasın. Bu müstəqillik həmçinin ordumuzun gücləndirilməsinə, ölkənin hərbi qüdrətinin artırılmasına şərait yaradır.2023-cü ildə ordumuz üçün yeni silahlar, hərbi texnika alındı, bir çox yeni kontraktlar imzalandı. Həmçinin dövlətimizin başçısı bildirdi ki, 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, Azərbaycan nəinki özünü əsas vasitələrlə təmin edəcək, həmçinin dünya miqyasında çox ciddi təchizatçı ölkəyə çevriləcək, ölkənin hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.
           
    Birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan 2024-cü ildə də özünün beynəlxalq mövqelərini möhkəmlətməkdə davam edəcək. Dekabr ayında bütün dünya ölkələrinin birgə qəbul etdikləri yekdil qərara əsasən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. Əlbəttə ki, COP29 beynəlxalq konfransının Bakıda keçirilməsinə dair qərar qəbul etməklə dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərmişlər və bu hörməti ölkəmiz cənab Prezident İlham Əliyevin son iyirmi ildə gördüyü möhtəşəm işlər, hər zaman nümayiş etdirdiyi siyasi iradə və qətiyyət, eləcə də davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət sayəsində qazanmışdır. Xüsusilə ölkəmizin ötən il bütün ərazilərində öz suverenliyini tam bərpa etməsindən sonra Azərbaycanın dünyada hörmət və nüfuzu daha da artmışdır.
                 
    Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün bütün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi möhtəşəm ruh yüksəkliyi ilə yaşayırlar. Ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin ən möhtəşəm təzahürü olan “Dəmir yumruq” Azərbaycanın Zəfər salnaməsinin rəmzi idi. İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbə, antiterror əməliyyatı, ərazilərimizin işğalçılardan azad olunması, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bu gün də “Dəmir yumruq” birliyimizin rəmzidir və cənab Ali Baş Komandanımızın vurğuladığı kimi, bu “Dəmir yumruq” hər zaman yerində olacaq.



    Ruisf Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ