• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Anım Günü şəhid ruhlarına ali ehtiramın bariz göstəricisidir

    Anım Günü şəhid ruhlarına ali ehtiramın bariz göstəricisidir


           
    Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
           
    Xalqımıza qarşı ermənilərin düşmənçilik siyasəti SSRİ dövründə də davam etmişdir. Belə ki, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Həmin ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. 1994-cü ilə qədər xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. Həmin dövrdə dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qırğını xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
           
    Növbəti 29 il ərzində beynəlxalq təşkilatlar münaqişəni dinc yolla həll etmək üçün ciddi səy göstərdikləri təəssüratını yaratmağa çalışsalar da, əslində bu istiqamətdə heç bir əməli addım atılmamışdır. 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyəti dövründə məsələnin həllinə yox, münaqişənin dondurulmasına çalışmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həlli üçün bütün imkanlardan istifadə etmişdir. Hətta BMT kimi dünyanın ən mötəbər təşkilatı da işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Buna görə də BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
           
    Ermənistan isə onun üçün yaradılmış cəzasızlıq şəraitindən istifadə edərək uzun illər ərzində işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Lakin Azərbaycan bu vəziyyətlə barışmaq niyyətində olmadığını dəfələrlə bəyan etmişdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə demişdir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və biz nəyin bahasına olursa-olsun öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Azərbaycan ilk öncə 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı işğalla barışmayacağını əyani şəkildə nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verməkdə davam etmişdilər.
            Nəhayət 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. 44 gün davam edən hərbi əməliyyatlar Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.
           
    Lakin Ermənistanın Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində davamlı olaraq nümayiş etdirdiyi destruktiv mövqeyi, ölkəmizə qarşı mütəmadi olaraq həyata keçirilən hərbi diversiya və terror aktları, siyasi müstəvidə törədilən təxribatlar Azərbaycanı növbəti dəfə öz gücünü göstərmək məcburiyyətində qoydu. Ötən üç il ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. Həmçinin cari ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, o cümlədən iki mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Bütün bunlara cavab olaraq elə həmin gün Azərbaycan öz legitim hüququndan istifadə edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə antiterror əməliyyatlarına başladı. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
           
    Bu gün də Silahlı Qüvvələrimiz öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi olaraq, Azərbaycan Ordusu bu gün döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir və Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.
           
    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:38 Masallıda “Heydər Əliyev siyasəti, onun siyasi irsi xalqımızın milli sərvətidir” mövzusunda tədbir
    2. 15:15 Masallı rayonunda “Heydər Əliyev və statistika” mövzusunda tədbir keçirilib
    3. 16:25 Masallıda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir
    4. 21:00 “Hamilə qadınların sağlam qidalanması” mövzusunda maarifləndirici görüş
    5. 19:00 Masallıda “Beynəlxalq əlillər günü” münasibətilə əlillər ziyarət olundu
    6. 23:00 “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” adlı maarifləndirici tədbir
    7. 18:19 Ərkivan qəsəbəsində, Bağlakücədə mərasim evi istifadəyə verilib
    8. 11:10 İlham Əliyev bu tarixdə Sankt-Peterburqa gedəcək
    9. 11:07 Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi
    10. 15:01 Masallıda 2023-cü ilin dekabr ayına olan səyyar görüş - qəbulları barədə
    11. 09:53 Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilib
    12. 09:40 Zirvə görüşü ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha geniş formatda inkişafına yol açacaq
    13. 18:38 Baş Prokurorluq: 378 ədəd ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
    14. 18:35 Yaxın gələcəkdə təbii fəlakətlərin sayı artacaq
    15. 18:27 Azad olunmuş ərazilərdə karbon neytrallığı zonasının yaradılması əsas hədəflərdən biridir
    16. 18:20 Qarabağ Universiteti yaradılır
    17. 17:00 İştirak etdiyi bütün beynəlxalq platformalarda Azərbaycan ən fəal mövqelərdən çıxış edir
    18. 13:00 Baş nazirdən dərman vasitələri ilə bağlı qərar
    19. 22:30 Bakıda –SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçrilmişdir
    20. 09:25 İraq və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birinı dəstəkləyir
    21. 09:06 25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür
    22. 23:00 Prezident İlham Əliyevin SPECA-nın açlışında çıxış etmişdir.
    23. 18:30 İraq və Azərbaycan beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir
    24. 10:00 25 noyabr-Kəlbəcər şəhər günü
    25. 23:00 İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir
    26. 19:30 Zəngin təbiətli Kəlbəcər
    27. 23:00 Kəlbəcər – erməni vəhşiliklərinin daha bir şahidi
    28. 20:01 Masallıda “uşaqların sağlam və rasional qidalanması” mövzusunda tədbir
    29. 19:41 Rusiyada Atropatena dövrünə aid küp qəbir haqqında məqalə çap olunub
    30. 20:57 RİH Başçısı 23.11.2023-cü il tarixdə Çaxırlı ərazisinin sakinləri ilə görüşdü
    31. 20:51 Masallıda azad olunmuş Şəhərlərin Günü münasibəti ilə ümumrayon tədbiri
    32. 20:49 Ninalov kəndində yeni çəkilmiş qaz xəttinin açılışı mərasimi
    33. 20:46 RİH Başçısı 21.11.2023-cü il tarixdə Təzəkənd ərazisinin sakinləri ilə görüşdü
    34. 14:17 Yeni Azərbaycan Partiyasının konfransı
    35. 14:14 Azərbaycanı inkişafına aparan yol
    36. 14:28 20 noyabr-Ağdam şəhəri günüdür
    37. 23:00 Ülu öndərin siyasi kursunu davam etdirən Yeni Azərbaycan Partiyası
    38. 21:30 “Ağdam” – işıqlı şəhər
    39. 23:30 Heydər Əliyev siyasi kursunu davam etdirən Yeni Azərbaycan Partiyası
    40. 15:19 20 noyabr Ağdam şəhəri günüdür
    «    Dekabr 2023    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ