Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il

    Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il



    Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ərazilərdə əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa, abadlıq, elektrik, qaz, su xətlərində təmir və yenidənqurma işləri aparılmışdır. Aztəminatlı ailələrə və yardıma ehtiyacı olan şəxslərə maddi yardım göstərilmişdir.

    Masallı rayonunda rayon İcra Hakimiyyəti, bələdiyyə, idarə, müəssisə, təşkilat və xeyriyyəçilər tərəfindən aşağıda qeyd olunmuş işlər görülmüşdür.

    Yeyənkənd ərazisinin Xəlfələr kəndində xeyriyyəçilər tərəfindən bir aztəminatlı şəxsə müalicəsi üçün 3100 manat maddi yardım olunmuşdur.
    Qızılavar ərazisində məişət tullantıları ilə bağlı “Təmiz kənd MMC” ilə müqavilə bağlanmışdır.

    Şərəfə kənd tam orta məktəbində nümayəndəlik və xeyriyyəçilər tərəfindən 3 sinif otağı təmir edilmişdir.

    Banbaşı ərazisində bir aztəminatlı ailə odun yanacağı ilə təmin olunmuşdur.

    Banbaşı kəndində xeyriyyəçilər tərəfindən 16 imkansız ailəyə ərzaq yardımı olunmuşdur. (620 manat) 

    Qızılavar ərazi nümayəndəliynin təşəbbüsü ilə ərazidə zibil qutuları yerləşdirilmişdir.

    Təklə kəndində nümayəndəlik, bələdiyyə və xeyriyyəçilər tərəfindən körpü təmir olunur.

    Xırmandalı ərazi nümayəndəliyinin təşəbbüsü ilə Ərəb kənd xeyriyyəçiləri tərəfindən 1 aztəminatlı ailəyə 200 manat maddi yardım olunmuşdur.

    Sığdaş kənd nümayəndəliyi tərəfindən ərazisinin Xanalıyan kəndində məişət tullantılarının yığılıb daşınması ilə bağlı kənd sakinlərlə görüş keçirilmişdir

    Pircana kəndinin girişində olan lövhə rənglənmişdir.

    Hişkədərə ərazisində yolun genişləndirilməsi ilə əlaqədar olaraq 2 abonentin qaz sayğacı Lənkəran RQİİ-nin Masallı rayon şöbəsinin işçiləri tərəfindən 2 metr geriyə çəkilmişdir.

    Mahmudavar ərazisinin Molalan kəndində xeyriyyəçilər tərəfindən Mərasim zalının tikintisi davam edir. 

    Yeyənkənd kəndində xeyriyyəçilər tərəfindən 2900 manat stul, 1300 manat stol, 600 manat isə pərdə olmaqla cəmi 4800 manat məbləğində məscidə ehsan edilmişdir. Yeyənkənd kəndində xeyriyyəçilər tərəfindən və zibil daşınması üçün 6 ədəd zibil qutusu məhəllələrə yerləşdirildi.

    Qarğalıq kəndində vətəndaşlar tərəfindən atılan məişət tullantıları Masallı Meliorasiya idarəsinin texnikası tərəfindən basdırılmışdır.

    Viləş kəndinin giriş lövhəsi rənglənmişdir.

    Köhnə Alvadı ərazisində 60 metr uzunluğunda içməli su xətti təmir edilmişdir.

    Xıl ərazi nümayəndəliyi tərəfindən I qrup kənd sakini ilə görüş keçirilmişdir.

    Təklə ərazisinin Ləngan kənd məscidində xeyriyyəçilər tərəfindən təmir işləri aparılmışdır.

    Hişkədərə ərazisində asfalt çəkilməsi ilə əlaqədar olaraq uzunluğu 6 metr olan 3 ədəd suötürücü boru keçidlərə yerləşdirilmişdir. 

    Ərkivan qəsəbə ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən ərazidə olan ticarət obyektlərinin qarşısında olan qanunsuz reklam lövhələri və piyada səkilərdə olan konstruksiyalar təmizlənmişdir. 

    Bədəlan ərazisndə xeyriyyəçilər tərəfindən 22 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla qurban əti paylanmışdır.(720 manat). Bədəlan ərazisinin Çayqıraq kəndində ərazi nümayəndəsi və xeyriyyəçilərin maddi dəstəyi ilə 10 sot torpaqda salınacaq parkın ərazisi zəbtdən azad edildi. Ərazidə yaxın günlərdə quyu qazılması və s. işlərin aparılması nəzərdə tutulmuşdur. (20000 manat ayrılmışdır)

    Masallı şəhərində bələdiyyə tərəfindən aztəminatlı ailələrə 250 manat maddi yardım olunmuşdur. 

    Səmədxanlı ərazisində yararsız halda olan sənədsiz yarımtikili sökülmüşdür.

    Qızılağac kəndində futbol meydançasının dirəkləri basdırılır.

    Şıxlar kəndində Yeddioymaq bələdiyyəsi tərəfindən 4 aztəminatlı ailənin hər birinə 100 manat maddi yardım olunmuşdur. 

    Kolatan kəndində Bələdiyyə tərəfindən 4 aztəminatlı ailənin hər birinə 300 manat və 1 aztəminatlı ailəyə isə 400 manat olmaqla ümumilikdə 1600 manat maddi yardım göstərilmişdir.

    Türkoba ərazisinin Qəzvinoba kəndində giriş lövhəsinin tikintisinə başlanılmışdır.

    Masallı şəhər ərazisində işləməyən işiqforlar yenisi ilə əvəz olunmuşdur. 

    Masallı şəhərində ictimai yerlərə bələdiyyə tərəfindən 30 ədəd yeni məişət tullantıları qutuları yerləşdirilmişdir.

    Təzəkənd ərazisində küçə itlərinin peyvəndlənmə işləri aparılır

    Şərəfə ərazisinin Ağakişibəyli kəndində xeyriyyəçilər tərəfindən kənd məscidində və xeyir-şər evində cari təmir işlərinə başlanılmışdır.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ