Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
20 noyabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Birinci Səmədxanlı kəndinə səfər etmişdir. Səfər çərçivəsində rayon rəhbəri kənd Səmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyi üçün yeni inşa olunması nəzərdə tutulan inzibati binanın yerləşəcəyi əraziyə baxış keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı tikinti üçün nəzərdə tutulan ərazidə hazırlıq işlərinin təşkili ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermiş, layihənin keyfiyyətli və qısa müddətdə icra olunmasının vacibliyini qeyd etmişdir.
Müvafiq qurumların nümayəndələri rayon rəhbərinə layihələndiriləcək binanın funksionallığı, vətəndaş məmnunluğuna xidmət edəcək imkanlar və tikinti işlərinin icra planı barədə məlumat verərək qeyd etmişlər ki, yeni inzibati bina kənd sakinlərinə göstərilən xidmətlərin səmərəli təşkili, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması və yerli infrastrukturun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.


































