Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu

Masallıda şəhidlər daim yad edilir, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Belə ki, 03 dekabr 2025-ci il tarixdə rayon rəhbərinin Masallı şəhərində keçirdiyi vətəndaşların səyyar görüş-qəbulundan dərhal sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəliyi, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və vətəndaşlar Masallı şəhərində dəfn olunmuş şəhidlərin məzarını ziyarət etmiş, qəbirüstü abidələrin önünə tər qərənfillər düzülərək ruhları ehtiramla yad etmişlər.











































