• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dahiləri bir də belə tanıyaq!

    Dahiləri bir də belə tanıyaq!


    Mircəfər Bağırov

    Bu insanın adı elə uydurmalar, elə lənətlərlə əhatə olunub ki, təkcə adının çəkilməsi belə nifrət, kin-küdurət doğurur. Onun ünvanına "yaxşı, ləyaqətli insan" sözləri də səsləndirilib, əksi də deyilib. Hətta məhkəməsində özü belə "məni güllələmək azdır, məni dörd hissəyə bölmək lazımdır" demişdi... Bununla belə, Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil olmasında onun rolu danılmazdır. Söhbət Azərbaycan tarixinin ən ziddiyyətli şəxslərindən biri olan Mircəfər Bağırovdan gedir... Ölüm cəzasına məhkum edilən, qarşılıq vermədiyi üçün sevdiyi qadını güllələyən bu liderin həyatı ziddiyyətlərlə dolu olub...

    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri kimi bir çox məsul vəzifələrdə çalışan Mircəfər Abbas oğlu Bağırov Bakı quberniyasının Quba şəhərində Mirabbas bəy və Yaxşı xanımın ailəsində dünyaya göz açıb. O, ilk təhsilini mollaxanada alıb. Sonra isə Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin olunub. Bağırov bu kənddə bir ilə yaxın müəllim işləyib. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edən Bağırov, eyni zamanda qısa müddətdə ləzgi dilini öyrənib.

    Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızı ilə ailə quran Mircəfər Bağırovun bu nikahdan Cahangir (Vladimir) adlı oğlu doğulub. Mariya xanım vəfat etdikdən 4 il sonra isə bacılarının təkidi ilə Yevgeniya Mixaylovna ilə evlənib. Bu izdivacdan ikinci oğlu Cen dünyaya gəlib.

    Deyilənə görə, Mircəfər Bağırovun sevgi məsələlərində heç bəxti gətirməyib. Kimə aşiq olurmuşsa qarşı tərəfdən rədd cavabı alırmış. Ən maraqlısı isə onu evli qadınların cəlb etməsidir. İlk sevgilisi Azərbaycanın qadın pianoçularından biri Xədicə Qayıbova olub. Bu xanımın Bağırovla evlənməyə razılıq vermədiyi üçün başına çox bəlalar gəlib. Deyirlər Xədicə xanımın ailə qurduğu kişilər Bağırovun tapşırığı ilə qətlə yetiriliblər. Repressiya zamanı Xədicə xanım və əri casusluqda ittiham olunaraq həbs ediliblər. Xanımın dindirilmə prosesində Mircəfər Bağırov şəxsən iştirak edib. Daha sonra Bağırov Xədicə Qayıbovanın kamerasına gəlib, o, evlənməyə razılıq verərsə, həyat yoldaşının azad olunacağını deyib. Xədicə xanım isə bu təklifdən imtina edib.

    Xədicə Qayıbovanın ölümü haqqında iki versiya mövcuddur. Birinci versiyaya görə, hökmdən bir həftə sonra o, naməlum məkanda güllələnib. Digər versiyaya əsasən isə Mircəfər Bağırov hökm çıxarıldıqdan sonra Xədicə xanıma sonuncu şans verərək yanına həbsxanaya gəlib. Qadın yenidən Bağırova "yox" cavabı verərək ona şillə vurub. Bağırov isə buna qəzəblənib xanımı güllələyib, sonra isə onun meyitinin yanında diz çöküb hönkür-hönkür ağlayıb. Sonralar isə Xədicəyə çox bənzədiyi üçün Qəmər Əlizadə adlı evli bir qadına sevgi etirafı edib, qarşılıq görməyəndə isə ona əzab verib. Bağırovdan xanıma niyə əziyyət verdiyini soruşanda isə o, belə cavab verib: "Mən onu sevirdim".

    Bağırov xaraktercə çox sərt adam olub. Ətrafındakı hər kəs, xüsusilə də dövlət məmurları ondan çəkinib. Onun bir neçə cəhəti isə müzakirə oluna bilməzdi. Onlardan biri qətiyyətlilik, o biri isə təəssübkeşliyi idi. Deyilənə görə, Bağırov yağışlı günlərin birində maşınla Mərdəkandakı makaron fabrikinin yanından keçirmiş. Yolun ortasında çirkab suları ilə dolu olan iri bir gölməçənin şahidi olur. Görür ki, yağan yağış da gölməçənin suyunu artırır. Fabrikin fəhlələri-qız-gəlin, kişi-arvad hamısı min bir çətinlik hesabına oranı keçirlər. Bağırov "M-1" maşınından düşür. Rezin çəkmələrini geyinərək gölməçənin içinə girir. O saat raykomun birinci katibinin ora çağırılmasına əmr verir. Çox keçmədən raykom katibi gəlir. Təzə tuflidə və şalvar-pencəkdə olmasına baxmayaraq, Bağırovun çəkmə ilə girdiyi gölməçəyə girir və bütün üst-başını bulaşdıra-bulaşdıra onunla görüşür. Bağırov qımışaraq deyir: "Sən özün öz cəzanı verdin. Mənim cəzama gərək qalmadı. İki günə bu yol düzəlməlidir ki, fəhlələr işə rahat getsinlər. Mən üç gündən sonra elə bu saatda gəlib yoxlayacağam". Bağırov heç vaxt nəyisə qeyd etməzmiş. Amma raykom katibinə dediyi saatda həmin yerə gedir. Görür ki, yol artıq düzəldilib.

    Bir çoxları Bağırovun qəzəbinə tuş gəlsə də, onun himayədarlıq etdiyi insanlar da olub. Deyilənə görə, o, Üzeyir Hacıbəyov, Mikayıl Rəfili, Hüseyn Cavid kimi bəzi ziyalıları qoruyub. Xüsusilə də Hüseyn Cavidin xətrini çox istəyib. Hətta ona ev də verib. Onu sürgündən xilas edə bilməsə də güllələnməkdən qoruyub. 37-ci il repressiyasından Bağırovun qoruduğu insanlardan biri də Mirmövsüm ağa olub. İddia olunur ki, Mirmövsüm ağanın evində antisovet təbliğatı aparılıb. Mircəfər Bağırov Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib. Ondan sonra Mirmövsüm ağadan əl çəkiblər. Bağırovun sonradan ölümünə təəssüfləndiyi insanlardan biri isə Mikayıl Müşfiq olub. Müşfiqin ölümündən bir müddət sonra o, belə deyib: "O uşağın günahı nə idi? Axı onu tərbiyələndirmək olardı".

    Bu siyasi xadim bir çoxlarına himayədarlıq etsə də, özünü ölümün cəngindən qurtara bilməyib. Belə ki, istintaqa cəlb olunmuş 60 yaşlı Bağırov məhkəmənin hökmü ilə ən ağır cəzaya - güllələnməyə məhkum edilib.

    Şahidlərin sözlərinə görə, 60 yaşlı Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur. Müharibədə qəhrəmancasına həlak olan oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyir. Məhkəmə heyəti Bağırova icazə verir. O, gözətçilərin müşayiətilə qəbiristanlığa gedir, oğlunun məzarını oxşayaraq onunla danışmağa başlayır. Qurumuş dodaqları ilə oğlunun başdaşından öpür. Bu an onun gözlərindən axan yaş məzarın sinədaşına tökülür. Ani bir səssizlik hökm sürür. Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkir. Sonda o, oğlunun göz yaşları ilə islanmış sinədaşından öpərək dərindən ah çəkir və: "Sənin yanında ölmək mənə qismət olmadı", - deyərək oğlunun məzarından ayrılır.

    Bağırov əvvəlcə kimsəsizlər qəbiristanlığında dəfn olunsa da, sonradan məzarındakı qalıqları toplanılaraq vəsiyyətinə əsasən oğlu Cahangirin yanında basdırılıb...



    Elenora HƏSƏNOVA,


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:00 Peşəkar ordumuz
    2. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    3. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    4. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    5. 19:02 Ələşrəf Niftiyev 80
    6. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    7. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    8. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    9. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    10. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    11. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    12. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    13. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    14. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    15. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    16. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    17. 23:30 Tarixi qələbəyə aparan yol
    18. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    19. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    20. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    21. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    22. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    23. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    25. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    26. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    27. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    28. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    29. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    30. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    31. 11:31 Masallıda Qurban bayramı - 2025
    32. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    33. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    34. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    35. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    37. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    40. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ