Ordu quruculuğu siyasətinın davam etdirilməsi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ordu quruculuğu siyasətinın davam etdirilməsi

    Ordu quruculuğu siyasətinın davam etdirilməsi


    Bir zaman ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, ordu quruculuğunu inkişaf etdirmək üçün cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs əlbir fəaliyyət göstərməlidir. Doğrudan da, cəmiyyətin əsas tərkib hissəsi olan və milli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən Silahlı Qövvələrin hərbi qüdrətinin artırılmasında hər bir ölkə vətəndaşı üzərinə düşən məsuliyyəti hiss etməlidir.

    Əgər ordu dövlət müstəqilliyinin və ölkənin ərazi bütövlüyünün əsas qarantı hesab edilirsə, onda bu sahəyə böyük diqqət yönəldilməlidir. Ümumiyyətlə, ordu hər bir dövlətin əsas atributu və təhlükəsizlik sisteminin əsasıdır. Hazırda dünyada ordusu olmayan dövlət yoxdur. Hər bir xalq öz ordusunu inkişaf etdirmək və ölkəsinin müdafiə qabiliyyətini göcləndirmək üçün əzmlə çalışır. Son illər ərzində ölkəmizdə ordu və cəmiyyət əlaqələri xeyli güclənib, görkəmli elm və sənət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri vaxtaşırı hərbi hissələrdə olur, əsgər və zabitlərimizlə, gənc kursantlarla dəyərli görüşlər keçirirlər. Burada müxtəlif döyüş texnikaları ilə keçirilən məşğələlərə cavabdeh olan təcrübəli zabitlər hərbi texnikaların xüsusiyyətləri və müharibə meydanında əhəmiyyətli rolu barədə ətraflı açıqlama verilir.

    Piyada döyüş maşını, hava hücumundan müdafiəni təmin edən zenit-raket qurğuları, tank əleyhinə özüidarəolunan qurğu və digər hərbi texnikalar, həmçinin onların heyət tərkibi və hər bir heyət nəfərinin üzərinə düşən vəzifələr barədə verilən geniş məlumat qonaqların və mətbuat nümayəndələrinin diqqətinə çatdırılır. Hərbi formalı insanlar ən vacib, müqəddəs bir peşənin sahibləridir. Onların üzərinə Vətənimizi və dövlət müstəqilliyimizi qorumaq kimi taleyüklü vəzifə düşür. Bu gün hər birimiz fəxr edirik ki, Ulu öndərimiz tərəfindən bünövrəsi qoyulmuş ordu quruculuğu siyasəti hazırda təcrübəli siyasi lider olan Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən konseptual şəkildə davam etdirilir. Yaşadığımız son 10 illik zaman çərçivəsinə nəzər yetirəndə başa düşürük ki, ölkənin bütün həyatında özünü göstərən geniş quruculuq işləri ordu sahəsini də əhatə edib. Ötən dövrlərlə müqayisədə ölkəmizin xarici  əlaqələri də xeyli inkişaf edib. Vaxt vardı hansı xarici ölkədə "Azərbaycan" kəlməsini işlədirdinsə, bizə xəritə verirdilər ki, bu ölkəni göstərin. Amma indi vəziyyət tam fərqlidir. Dünyanın hansı bir yerində ölkəmizin adı çəkilirsə, müstəqil və mütərəqqi Azərbaycanı yaxşı tanıyırlar. İndi Azərbaycanın sorağı mötəbər beynəlxalq tribunalardan eşidilir. BMT kimi nüfuzlu bir təşkilatın üzvü olan ölkəmiz mühüm iqtisadi layihələrin fəal iştirakçısına çevrilib. Əbəs yerə demirlər ki, 21-ci əsr böyük Türk dünyasının əsridir.






    Fərid Əyyubzadə,
    Banbaşı kəndi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ