Главная > Maraqlı > Masallıda oğurluq faktlarına görə 3 nəfər tutulub

Masallıda oğurluq faktlarına görə 3 nəfər tutulub


15-08-2023, 18:38. Разместил: admin44

Masallıda oğurluq faktlarına görə 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən məktəb, ferma və əkin sahələri olmaqla ümumilikdə 4 yerdən dəmir boruları oğurlayan rayon sakinləri Qafar Qəhrəmanlı, Həsənağa Əliyev və Neftçala rayon sakini Ülvü Bədəlov Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Məlum olub ki, həmin şəxslər ümumilikdə zərərçəkmiş şəxslərə 6400 manatdan artıq maddi ziyan vurublar.

İlkin araşdırma zamanı həmin şəxslərin müxtəlif vaxtlarda oğurladıqları dəmir boruları metal qəbulu məntəqələrinə satdıqları və əldə olunan gəliri öz aralarında böldükləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, həmin şəxslər barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda saxlanılan şəxslərin digər analoji cinayət əməllərinin ifşa olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад