Qələbəmizin qətiliyi və dönməzliyi bir daha təsdiq edildi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qələbəmizin qətiliyi və dönməzliyi bir daha təsdiq edildi

    Qələbəmizin qətiliyi və dönməzliyi bir daha təsdiq edildi


                 
    Son üç ildə hər gün Azərbaycan tarixində mühüm hadisələrlə zəngindir. Bu zəngin tarixə hər gün yeni səhifələr yazan da Azərbaycanın Müzəffər Ali Baş Komandanı, mahir diplomat, qalib sərkərdə cənab İlham Əliyevdir. 3 ay bundan əvvəl birgünlük antiterror əməliyyatının keçirilməsi əmrini verən və bu əməliyyatı böyük müvəffəqiyyətlə başa çatdıran cənab Prezident işğaldan azad olunmuş torpaqlarımızı qarış-qarış gəzir, bu ərazilərdə aparılan bərpa quruculuq işləri ilə yaxından tanış olur.

    Tarixi günlərdən biri də Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalanması günü oldu. 15 oktyabr 2023-cü il tarixə bu adla yazıldı. O vaxtdan bəri tarixi şəhərimiz Xankəndidə aparılan abadlıq, quruculuq işləri  ölkə rəhbərinin diqqət mərkəzindədir.
    Dünən isə xalqımız daha bir tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəlmişdilər.
                 
    Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi. Qəhrəman şəhidlərimizin uşaqlarının, ailə üzvlərinin stadionda olduğunu qeyd edən ölkə başçısı tamaşaçılarla birlikdə onları salamladı və çıxış etdi.
               
    Bu qısa, lakin tarixi çıxışın çox böyük mənası var. İlk dəfə idi ki, Azərbaycan xalqı Xankəndi stadionundan cənab Prezidentin çıxışını dinləyirdi. İlk dəfə bu stadionda milli komandalarımızın oyunu keçirilir və oyuna tarixi torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalmış soydaşlarımızın övladları bu tarixi günə şahidlik edirdilər.
               
    Müsahibimiz qeyd edib ki, “Azərbaycan Prezidentinin çıxışı nikbin notlar üzərində qurulmuşdu. Futbol matçının bu tarixi şəhərdə keçirilməsinn çox böyük rəmzi mənası olduğunu bildirən ölkə başçısı qeyd etdi ki, “Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.
             
    Üç ay bundan əvvəl bu gözəl şəhərin işğalçılardan və separatçılardan azad edildiyini, şəhərdə o gündən bəri üçrəngli bayrağımızın dalğalandığını qeyd edən cənab Prezident bunu tarixi hadisə adlandıraraq bu tarixin bizim qəlbimizdə əbədi yaşayacağını, Azərbaycan xalqının, dünya azərbaycanlılarının Zəfərlə  əbədi fəxr edəcəklərini bildirdi.
               
    İşğaldan azad olunan əraizlərdə aparılan bərpa-quruculuq işlərinə toxunan cənab Prezident qeyd etdu ki, “Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.
             
    Ölkəmizin başçısı bu oyunun qalibinin ilk növbədə Azərbaycan xalqı, onun qəhrəman övladlarından ibarət yeniməz ordusu olduğunu qeyd edərək bildirdi: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.”
               
    Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”- nidası ilə bitirən ölkə başçısı bir daha hamıya mesaj verdi ki, bizim qələbəmiz dönməzdir, qətidir və Azərbaycan xalqı öz müdrik Liderinin rəhbərliyi altında mübarizəsini davam etdirəcəkdir.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    2. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    3. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    5. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    6. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    7. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    8. 09:07 Ərazi nümayəndəsinin tribunası
    9. 09:05 Allah rəhmət eləsin
    10. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    11. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    12. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    13. 13:52 Allah rəhmət eləsin
    14. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 10:25 Bələdiyyə sədri
    17. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    18. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    19. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    20. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    21. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    22. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    23. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    24. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    25. 14:35 Yeni şeirlər
    26. 10:59 Perspektivli idmançıların aşkarlanması
    27. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    28. 15:56 100 illik ömrün işığı
    29. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    30. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    31. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    32. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    33. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    34. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    35. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    36. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    38. 14:19 QANLI YANVAR
    39. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    40. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ