Главная > Maraqlı > DSX: Xəzər dənizində 14 kiloqramdan çox narkotik vasitə aşkar olunub
DSX: Xəzər dənizində 14 kiloqramdan çox narkotik vasitə aşkar olunub12-02-2024, 19:28. Разместил: admin44 |
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, fevralın 8-də DSX-nın Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 14.2 mil məsafədə sənaye üsulu ilə lövbərə bağlanmış 3 ədəd kisədə ümumi çəkisi 14 kiloqram 110 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |