Ölkəmizdə apardığı islahatlar Azərbaycanı daha da gücləndirir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ölkəmizdə apardığı islahatlar Azərbaycanı daha da gücləndirir

    Ölkəmizdə apardığı islahatlar Azərbaycanı daha da gücləndirir


                 
    2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclası sonrakı dövrdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisə oldu. Dövlətimizin başçısı parlamentdə hər zaman olduğu kimi, dərin məzmunlu və əhatəli çıxışında növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi yeni tərkibdə formalaşan parlamentin fəaliyyətini, islahatlar siyasətinin yeni tələblər baxımından davamını başlıca şərt kimi qarşıya qoyaraq siyasi sistemin təkmilləşdirilməsi işində deputatların mühüm rolunu qeyd etmişdir.
                 
    Prezident İlham Əliyev çıxşında vurğulayıb ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis olduğundan siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər: "Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz."
               
    Prezident İlham Əliyev çıxışında gənclər siyasətinə də toxunub: "Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi,- misal üçün, könüllülər hərəkatı çərçivəsində,- vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur.”
             
    2020-ci il ölkəmizin tarixinə ən əlamətdar, ən yaddaqalan,qızıl hərflərlə yazılan  illərdən biri kimi həkk olundu. Prezident İlham Əliyevin heyrətamiz qabiliyyəti, ensiklopedik savadı və müdrikliyi 44 gündə nəinki döyüş meydanında, diplomatik savaşda, informasiya cəbhəsində də ölkəmizə qələbə qazandırdı. Bu möhtəşəm qələbəyə çatmaq üçün Prezident İlham Əliyev dünya hərb tarixində tayı-bərabəri olmayan strategiya və taktika hazırladı və tətbiq etdi. Hakimiyyətinin ilk 17 ili ərzində bir tərəfdən Ermənistanın bir-birini əvəz edən dövlət və hökumət başçıları ilə səbr və təmkinlə sülh danışıqlarını davam etdirdi, digər tərəfdən dövlətin qarşısında duran prioritetləri dəqiq müəyyən edərək, ardıcıl şəkildə yerinə yetirməyə başladı.
               
    Nəhayətr dövlət quruculuğu təmin edildi, yeni və müasir Azərbaycan Ordusu yaradıldı, dövlət, xalq və ordunun qələbə naminə birliyi təmin edildi. Bunun nəticəsində, 44 gün ərzində Böyük Zəfərə nail olundu, Ermənistan kapitulyasiyaya məcbur edildi. Post-müharibə dövründə də qələbə strategiyası davam etdirildi, 2023-cü ilin 19-20 sentyabrında uğurla həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazisində suveren hüquqları bərpa edildi.
               
    Prezident İlham Əliyev yenilməz siyasi iradə nümayiş etdirərək növbədənkənar prezident seçkiləri elan etdi. Bununla da Azərbaycan tarixində yeni dövrün də başlanğıcını qoydu.Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmlənməsi, nüfuzunun durmadan artması ilk növbədə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş xarici siyasətin nəticəsidir. Məhz bu uğurlu siyasət Azərbaycanı artıq təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevirib.



                   
    Məmmədova Dilgüşə,
    Masallı Tarix Diyarşünslıq Mujzeyinin kiçik elmi işçisi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ