Главная > Maraqlı / Manşet > “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”
“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”14-03-2024, 19:01. Разместил: admin44 |
14 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək” devizi altında “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemə ictimai nəzarətin zəruriliyindən bəhs edib. Natiq vurğulayıb ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından maksimum istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir. Sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğunu vurğulayan Seyfəddin Əliyev sağlam gənc nəslin formalaşması üçün maarifləndirmə işində “narkomaniyaya yox”! deyərək, sağlam həyat və mənəvi kamilliyə çağırıb. Tədbirdə iştirak edən Masallı rayon İcra hakimiyyəti aparatının hüquq şöbəsinin məsləhətçisi Azər Bəhmənov çıxış edərək qeyd etdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlalarından biridir. Bizim üzərimizə düşən ən vacib vəzifələrdən biri bu bəlaya qurşanan gənclərimizi, vətəndaşlarımızı normal həyata qaytarmaqdır. Tədbirdə YAP fəallarından Minnər Mehrabov, Humay Əliyeva, Zahid Şahbazov və başqaları çıxış edərək hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biri olduğunu və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac vardır deyə vurğuladılar. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |